Yuxarı

Boks üzrə çempionat ilk dəfə baş geyimi olmadan keçiriləcək

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün "Sərhədçi" İdman Olimpiya Mərkəzində boks üzrə böyüklər arasında Azərbaycan çempionatına start veriləcək.

Yanvarın 30-dək davam edəcək yarışda respublikamızın müxtəlif şəhər və rayonlarını təmsil edən 150-yə yaxın dəri əlcək ustasının çıxışı gözlənilir.

Bu il böyüklər arasında dünya və Avropa çempionatı keçirilməyəcəyindən milli komandamızın bir çox liderləri turnirdə iştirak etməyəcəklər. 2 qat dünya çempionu Məhəmmədrəsul Məcidov, Olimpiya oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov ölkə çempionatında mübarizə aparmayacaqlar. Soltan Migitinov "Baku Fires" klubunun heyətində Meksikaya yollandığından yarışa qatıla bilməyəcək.

Ötən il Qazaxıstanda dünya çempionu olmuş Cavid Çələbiyev, Avropa çempionatının bürünc mükafatçıları Elvin Məmişzadə, Salman Əlizadə, son dünya çempionatının iştirakçıları Pərviz Bağırov, Elvin İsayev və Rauf Rəhimov da yenidən ölkə miqyasında "birinci nömrə" olduqlarını sübut etməyə çalışacaqlar.

Ümumdünya boks seriyasında yarışan "Baku Fires" klubunun 11 üzvü də Azərbaycan çempionatında gücünü sınayacaq. Onların arasında London olimpiadasının iştirakçısı Məhəmməd Abdulhəmidov (52 kq), WSB liqasında 13 döyüşün 10-da qalib gəlmiş Xaybulla Musalov (75 kq) və Abdulqadir Abdullayev (91 kq) daha tanınmışlarıdır.

Qeyd edək ki, ilk dəfə olaraq Azərbaycan çempionatı baş geyimi olmadan keçiriləcək. (Trend)

Tarix
2014.01.26 / 11:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla