Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 Yanvar 2019


Tuyqun Nadirov həbs olunan azarkeşləri günahkar çıxartdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov "futbolinfo.az" saytına verdiyi müsahibədə ötən il avqustun 25-də Lənkəranda keçirilən "Böyük oyun"da həbs olunan azarkeşlərlə bağlı danışıb.

"Axar.az" xəbər verir ki, vitse-prezident həbs olunan azarkeş Elman Tağıyevin (Eliko) ictimaiyyətə ünvanladığı məktubla bağlı fikirlərini bildirib. O, dolayısı ilə həbs olunan azarkeşləri günahkar çıxardıb: "O azarkeşlərlə bağlı həm şəxsi mövqeyimi, həm də klubun mövqeyini bildirmişəm. Bilmirəm o məktubu kim yazıb və ya kimsə kiminsə adından yazıb. Mən bildiyimə görə içəridə internet yoxdu. Yəqin ki, əl ilə yazıb göndərib. Amma bizim "Xəzər Lənkəran" klubuna o azarkeşlər adından bir dənə də olsun məktub gəlməyib. Amma biz klub olaraq məhkəməyə nümayəndə də göndəririk, onların ailələri ilə də maraqlanırıq. Bir neçə valideynlə söhbət etmişik. Azarkeşlərin durumları ilə də maraqlanırıq. Sağlamlıqları ilə, vəziyyətləri ilə. Məktub mənim üçün sürpriz oldu. Əgər kimsə onu yazırdısa, klubun ünvanına göndərə bilərdi. Çıxıb populist çıxışlar etmək, gündəmə gətirmək, klub rəhbərini pisləmək mənə nəsə qəribə gəldi. Bu, daha çox nəyəsə xidmət etməyə bənzəyir. Amma biz o azarkeşlərlə maraqlanırıq və maraqlanacağıq da. Məhkəməyə nümayəndəmizi də göndərəcəyik. Biz qanuna təsir edə bilmərik. Qanun hamı üçün qanundu. Mən də sabah qanuna zidd iş görsəm, cəzamı çəkəcəm. Azərbaycan qanunvericiliyi qarşısında biz hamımız eyni hüquqlu şəxslərik".

Tarix
2014.01.27 / 23:16
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Zabit Səmədov Bakıda idman zalı açdı - Foto

Konordan prezidentə: Rusiyada Həbiblə döyüşmək istəyirəm

Boliviyada 4 futbolçu qəzada öldü

Əfsanəvi futbolçu "Beşiktaş"ı tərk edir - Səbəb

Rəcəbov heç-heçə etdi, Məmmədyarov isə...

Türkiyə liqasında inanılmaz: futbolçu 1 dəqiqə ərzində...

"Neftçi"nin prezidentindən təqdirəlayiq addım: 20 Yanvar...

Azərbaycanlı olimpiya çempionu karyerasını bitirdi

Mbappe Messiyə çatdı: Şərikli lider...

"Qarabağ"dan inamlı qələbə: çexlər məyus edildi

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla