Yuxarı

Aronyan guya Bakıya gəlməyə qorxurmuş…

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aronyan guya Bakıya gəlməyə qorxurmuş…

Erməni qrossmeyster Levon Aronyan dünya kubokunda iştirak üçün Bakıya gəlib-gəlməyəcəyini müəyyən edə bilməyib.

Axar.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb.

“Dilemma qarşısındayam. 2023-cü il dünya kubokunda iştirak etmək istərdim, amma bir erməni olaraq Bakıya gedərkən özümü təhlükəsiz hiss etməyəcəyəm”, - o bildirib.

Qeyd edək ki, erməni idmançıların Bakıya gəlməsində heç vaxt problem olmayıb. Hətta 2015-ci ildə keçirilən Birinci Avropa Oyunlarında medal qazanan erməni idmançılara mükafatlarını şəxsən Prezident İlham Əliyev təqdim etmişdi.

Bütün bunları Aronyanın bilməməsi mümkün deyil. Ancaq görünür, beynəlxalq yarışın üzərindən hiyləgərcəsinə oyun qurmağa və dünyanın diqqətini cəlb etməyə meyillənir. Guya Azərbaycanda ona təhlükə ola bilər. Halbuki idmançılara əxlaqsızcasına münasibət göstərən ölkənin və insanların elə Ermənistan və ermənilər olduğunu Aronyanın özünə yaxşı məlumdur. 14 apreldə İrəvanda keçirilən Ağırlıqqaldırma üzrə Avropa çempionatında təşkilatçılardan olan Aram Nikolyan Bayrağımızı səhnədən qaparaq, yandırmışdı. Onun barəsində heç cinayət işi də açmadılar, əksinə, Nikolyanı “qəhrəmana” çevirdilər.

Xatırladaq ki, Bakıda Şahmat üzrə Dünya kuboku 29 iyul – 26 avqust tarixlərində keçiriləcək.

Tarix
2023.06.08 / 21:57
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

Ərdoğan türk dövlətlərini təbrik etdi

YAP-ın VIII Qurultayı əlamətdar hadisə oldu

Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...

Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!

İlham Əliyev İraq prezidentini təbrik etdi

Azərbaycanla Koreya arasında əlaqələr... - Prezident

Prezident Frank-Valter Ştaynmayerə məktub göndərdi

Azərbaycan buna sadiqdir! - XİN-dən açıqlama

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla