Yuxarı

Qorxmazdan sərt sözlər

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qorxmazdan sərt sözlər

Baş məşqçi vəzifəsinə gəldiyim "Konyaspor" matçından 3-4 həftə sonra komandada yaranan maliyyə problemi getdikcə böyüdü. Bu problem artıq futbolçuların məşqə çıxmamaları, hətta təlim-məşq toplanışlarına getməmək, komandanın düşərgəsini tərk etmək və oyunlara çıxmaq istəməmələrinə qədər yüksəldi. Lakin rəhbərlik hər zamankı kimi yalan vədlər verməklə vəziyyəti daha da gərginləşdirdi.

Qol.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri "Mersin İdmanyurdu" klubunun baş məşqçi vəzifəsindən istefaya göndərilən Bülent Qorxmaz deyib.

Klub rəhbərliyini aciz, həvəskar və qərəzli adlandıran Qorxmaz bunları bildirib: "Futbolçularımla bərabər eyni sıxıntını yaşadıq. Bura bir iş bacarmağa, asan təslim olmayan və döyüşçü biri olduğumu sübut etmək üçün gəldim. Bütün çətinliklərə baxmayaraq, vəzifəmdən getmədim. Ancaq həm maddi, həm də mənəvi olaraq üzərilərinə düşən ən xırda işi belə yerinə yetirməyən rəhbərlik müqaviləmə təktərəfli xitam veriblər. İstefaya göndərilməyim ilk dəfə deyil. Mənimlə çalışmaq istəməmələrinə də hörmətlə yanaşıram. Lakin rəhbərliyin saxta imza ilə komandanın təlim-məşq toplanışına qatılmağımıza əngəl olmasına inanmaq çətindir. Düşünün ki, o qədər aciz, həvəskar və qərəzli insanlardırlar ki, mənimlə yolları ayırmadan başqa biri ilə razılığa gəliblər. Bu, Bülent Qorxmaz və ya baş məşqçi problemi yox, türk futbolunun acı və gerçək üzüdür".

Qeyd edək ki, Bülənt Qorxmaz şəxsən 2 azərbaycanlı futbolçu - Qara Qarayev və Tural Rzayevi komandasına transfer etməyi planlaşdırırdı. O, 2009-cu il sentyabrın 18-dən 2010-cu il martın 22-dək "Bakı"nı çalışdırıb.

Tarix
2016.01.05 / 01:50
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvanda mitinqdə azərbaycanca səs yazısı - Video

İrəvan bu dəyişiklikləri etməsə... - Dəmirtürk

Bu türk ölkəsi ilə hərbi əməkdaşlıq müzakirə edildi - MN

Argentina səfiri ADU-nun qonağı oldu

Azərbaycanlı gəncin hesabında 22 milyard dollar...

Nazirlər Kabinetindən mühüm qərar

Saakaşvilidən ermənilərə müraciət: Ona səs verin!

AB və Azərbaycan bu sənədin layihəsini razılaşdırdı - XİN

Deputat Bakı Enerji Həftəsinin əhəmiyyətindən danışdı

Türkiyədə ermənilərlə görüş: Bakı ilə münasibətləri sarsıtmaq...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla