Yuxarı

Özümü yaxşı hiss etmirəm - "Molde"nin baş məşqçisi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ” qələbəyə layiq idi.

Axar.az xəbər verir ki, bunu Norveçin “Molde” klubunun baş məşqçisi Erlinq Moe Bakıda “Qarabağ”a 0:1 hesabı ilə məğlub olduqları UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyunundan sonra mətbuat konfransında deyib.

“Bilirdik ki, “Qarabağ” hücum futbolu oynayır və bizi öndə sıxacaq. Yaxşı təzyiq göstərməyi bacaran kollektivdir. Bunu da gördük. Hər zaman müdafiədən oyun qurmağa çalışıram. Bu istiqamətdə inkişaf etməliyik. Bunun düzgün yol olduğunu düşünürəm. Hər dəfə uzun toplarla müdafiədən çıxmağı düzgün saymıram. Evdə daha yaxşı oyun göstərəcəyimə inanıram”, - Moe qeyd edib.

Norveçli mütəxəssis komandasının çıxışından narazı qaldığını etiraf edib: “Məğlub olmağı sevmirəm. Bu üzdən özümü yaxşı hiss etmirəm. Ancaq deməliyəm ki, yaxşı oynamadıq. Xüsusən də, müdafiədən çıxarkən ötürmələrin keyfiyyəti yaxşı deyildi. Komandanın performansından məyusam. Ümid edirəm ki, növbəti görüşlərdə daha yaxşı olacağıq”.

O, komandaların qrupdan çıxmaq şanslarına da toxunub: “Məncə, nəsə demək üçün hələ tezdir. Cəmi bir tur keçib. Bir neçə oyundan sonra konkret nəsə demək olar. Qrupun favoriti “Bayer”dir. Onlar Almaniyanın ən yaxşı ikinci klubudur. Digər üç komanda ikinci yer uğrunda mübarizə aparacaq”.

Tarix
2023.09.21 / 23:47
Müəllif
Axar.az
Digər xəbərlər

Yaxınlarda sülh sazişi ilə bağlı yaxşı xəbər ola bilər - Mirzoyan

Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı

Prezident və xanımı Fəxri xiyabanda... - Foto

Azərbaycan hərbçiləri Qırmızı meydanda - Video

Azərbaycanla danışıqlarda Rusiyaya ehtiyacımız yoxdur

İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi

Prezident Daniel Noboa Azini təbrik etdi

İlham Əliyev Roma Papası XIV Leonu təbrik etdi

Azərbaycan faktları təqdim etdi, araşdırdıq ki… - Qriqoryan

Niyə yeni Papa amerikalı seçildi? - Çin faktoru…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla