
Prezident və xanımı Şuşaya getdi
13:56
Ana səhifə İdman |
![]() ![]() ![]() ![]() |
“Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasında 2023/2024 mövsümünün ilk matçını keçirib.
Axar.az xəbər verir ki, təmsilçimiz I mərhələdə Macarıstanın “Puşkaş Akademiya” klubu ilə görüşüb.
Qəbələ şəhər stadionunda keçirilən cütün ilk duelində 1:1 hesabı qeydə alınıb. 8-ci dəqiqədə Şahin Şəhniyarov hesabı açsa da, macarıstanlılar 36-cı dəqiqədə penaltidən bərabərlik qolunu vurublar.
Komandalar arasında cavab qarşılaşması oktyabrın 25-də Macarıstandakı “Panço Arena”da keçiriləcək.
Tarix
2023.10.04 / 18:34
|
Müəllif
Axar.az
|