
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq
13:44
Ana səhifə İdman |
![]() ![]() ![]() ![]() |
“Hakken” komandasının üç futbolçusu UEFA Avropa Liqasının qrup mərhələsində İsveçdə “Qarabağ”a qarşı keçiriləcək II tur oyununda iştirak edə bilməyəcək.
Axar.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Höteborq təmsilçisinin heyətində yamaykalı hücumçu Bler Turqott, şimali makedoniyalı forvard Filip Trpçevski və danimarkalı sol cinah müdafiəçisi Yakob Barrett Laursen zədə səbəbindən sabahkı matçı buraxacaqlar.
Qeyd edək ki, "Qarabağ" komandasında da ciddi itkilər var.
“Ullevi” stadionunda keçiriləcək “Hakken” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Tarix
2023.10.04 / 20:28
|
Müəllif
Axar.az
|