Yuxarı

"Bu arena fantastikdir"

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Bu arena fantastikdir"

Bakı gələcəkdə Olimpiya Oyunlarını qəbul edə bilər.

Bunu Trend-ə idman gimnastikası üzrə Dünya Kubokunda iştirak etmək üçün Azərbaycana gəlmiş braziliyalı idmançılarla görüşən Braziliyanın Azərbaycandakı səfiri Santyaqo Alkasar deyib.

Onun sözlərinə görə, I Avropa Oyunlarında Milli Gimnastika Arenasında artıq olub: "Bu arena fantastikdir. Hər şey ən yüksək səviyyədə və çox gözəl təşkil edilib. Publika tribunalarda çox fəal azarkeşlik edir".

Diplomat qeyd edib ki, Riodakı Olimpiadaya hazırlığın yekun mərhələsi gedir: "O, möhtəşəm olacaq və hesab edirəm ki, Bakı gələcəkdə Olimpiya Oyunlarını qəbul edə bilər. Bunun üçün zəruri infrastruktur yaradılıb, obyektlər tikilib".

O, braziliyalı gimnast Flaviya Lopes Sarayvanın çıxışına heyran qaldığını vurğulayıb: "O, fenomenal çıxış nümayiş etdirdi. Onun 16 yaşı var və onu möhtəşəm gələcək gözləyir".

Tarix
2016.02.20 / 18:22
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla