Yuxarı

Yığmamız Bakıda Monqolustanı məğlub etdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

21:00

Bakıda Azərbaycan və Monqolustan yığmaları arasında “FİFA series–Edition 2024” layihəsi çərçivəsində yoldaşlıq görüşü keçirilir.

Axar.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma saat 20:00-da start götürüb.

Matçı türkiyəli referi Zorbay Küçükün rəhbərlik etdiyi hakimlər briqadası idarə edir.

Azərbaycan yığması oyuna bu heyətlə başlayıb:

12. Rza Cəfərov, 3. Elvin Cəfərquliyev, 9, Renat Dadaşov, 7. Cosqun Diniyev, 15. Bədavi Hüseynov, 10. Ozancan Kökçü, 8. Emin Mahmudov, 4. Bəhlul Musayafazadə, 19. Filip Ozobiç, 2. Amin Seydiyev, 11. Ramil Şeydayev.

Məşqçi: Arif Əsədov.

Monqolustan millisinin start heyəti aşağıdakılardır:

1. Munkerdene, 17. Amaraa, 6. Amgalanbat, 2. Bat-erdene, 8. Batmunh, 5. Chinzoriq, 4. Qreyt-old, 9. Oyunbaatar, 3. Purevdorj, 18. Uganbayar.

Baş məşqçi: İçiro Otsuka.

Komandalar fasiləyə 0-0 hesablı bərabərliklə yollanıb.

Qeyd edək ki, yığmamız martın 25-də bu arenada Bolqarıstanla üz-üzə gələcək.

***

Matç başa çatdı. Azərbaycan yığması əlavə vaxtda Bəhlul Mustafazadənin vurduğu yeganə qolla qalib gəlib.

Tarix
2024.03.22 / 21:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla