Yuxarı

Əsədov Bolqarıstanla oyundan danışdı: Çətin olacaq

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bolqarıstan millisi UEFA millətlər liqasında olan yığma komandalara bərabərdir.

Axar.az xəbər verir ki, futbol üzrə Azərbaycan yığmasının məşqçisi Arif Əsədov “FİFA Series - Edition 2024” layihəsi çərçivəsində keçiriləcək Azərbaycan - Bolqarıstan oyunundan öncə Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis oyunla bağlı fikirlərini bölüşüb:

“Sabah baş tutacaq oyunda bizi ciddi rəqibi gözləyir. Düşünürəm ki, Bolqarıstanla matç çətin olacaq. Heyətdə bəzi dəyişikliklər olacaq. Əhval-ruhiyyə yüksək səviyyədədir. Yaxşı oynayıb azarkeşlərimizi sevindirəcəyik”.

Onun sözlərinə görə, rəqibi təhlil olunub, futbolçulara zəif və güclü tərəfləri başa salınıb:

“Monqolustan millisi ilə bu matç arasında xeyli fərq olacaq. Bolqarıstan tam başqa səviyyədə bir komandadır. İlk oyunda birinci zonadan hücum qururduq. Bolqarıstan millisi ilə ikinci zonadan hücum qurulacaq”.

A.Əsədov qarşılaşmanı daha yaxşı nəticə ilə bitirmək istədiyini qeyd edib: “Oyundan müsbət nəticə gözləyirəm. Nizam-intizam baxımından hər şey yüksək səviyyədədir. Çalışacağıq ki, qələbə qazanaq”.

Baş məşqçi Monqolustanla matçda çoxsaylı qol imkanlarından istifadə edə bilmədiklərinin səbəblərini açıqlayıb: “Adlı-sanlı futbolçular var ki, yaxın məsafədən fərqlənə bilmir. Azərbaycan millisini bu baxımdan tənqid edə bilmərik. Sadəcə olaraq bəzən alınmır. Monqolustanla matçda qələbəyə inam var idi. Son dəqiqələrə qədər mübarizə apardılar”.

Arif Əsədov yığma komandanı hansı müddətə qədər çalışdıracağı barədə sualı da cavablayıb:

“Bu baxımdan çox sual verilir. Hazırda öz işimi görürəm. Öz təcrübəmdən istifadə edərək bu oyunlarda daha yaxşı nəticə əldə etməyə çalışırıq. Qarşıda nə olacağını deyə bilmərik. Bizim kifayət qədər təcrübəli yerli baş məşqçilərimiz var”.

Bolqarıstan millisi ilə matçda mütəxəssis qapıçı seçimini açıqlayıb: “Sabahkı matçda Şahruddini əsas qapıçı olaraq oynatmağı düşünürük. Monqolustanla matçla bu oyun arasında xeyli fərq var”.

Qeyd edək ki, Azərbaycan yığması "FİFA series – Edition 2024" turniri çərçivəsində sabah, martın 25-də Bolqarıstan millisi ilə qarşılaşacaq.

Görüş saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Tarix
2024.03.24 / 17:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla