Yuxarı

Şahruddin: Heç kimdən zəif olmadığımızı göstərdik

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bolqarıstanla oyun Azərbaycan yığmasına özünəinam verdi. Heç bir komandadan zəif olmadığımızı nümayiş etdirdik. Düşünürəm ki, bundan da yaxşı nəticələr üçün bir qədər zamana ehtiyacımız var.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Bolqarıstan yığması ilə 1:1 hesablı heç-heçə etdikləri “FIFA series – Edition 2024” layihəsi çərçivəsində keçirilən yoldaşlıq görüşündən sonra Azərtac-a açıqlamasında deyib.

Qolkiper Bolqarıstandan daha güclü rəqiblərlə qarşılaşmaq istədiyini gizlətməyib:

"Rəqib yaxşı komandadır. Lakin etiraf etmək lazımdır ki, yüksək səviyyəli oyun nümayiş etdirə bilmədilər. Matçda çoxlu qol vəziyyətləri yaratdıq. Oyunu son anda xilas etdiyimizi demək düzgün olmaz. Onlar yaxşı müdafiə olunub, əks-hücumlara bel bağlayırdılar. Düşünürəm ki, bu görüş bizim qələbəmizlə yekunlaşa bilərdi".

O bildirib ki, bugünkü oyun milli komandanın istənilən rəqiblə mübarizəyə hazır olduğunu göstərdi:

"Bunu İsveç və Avstriya yığmaları ilə görüşlərdə də sübut etmişdik. Hazırkı heyətimiz kifayət qədər güclüdür. Xüsusilə, “Qarabağ”da çıxış edən Elvin Cəfərquliyev və Toral Bayramov kimi yığma üzvləri "Bayer" və "Braqa" kimi güclü rəqiblərlə mübarizə aparıblar. Ona görə də azarkeşlər bizə inanmalı və dəstəklərini əsirgəməməlidirlər. Bu gün stadionda daha çox azarkeş görmək istərdim. Əslində buna görə onları qınamıram, çünki hər şey bizim çıxışımızdan asılıdır. Daha yaxşı nəticələr qazanıb, onların stadiona gəlməsinə nail olmalıyıq".

Tarix
2024.03.26 / 01:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla