Yuxarı

XXII Qış Olimpiya Oyunlarının açılış mərasimi başladı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
XXII Qış Olimpiya Oyunlarının açılış mərasimi başladı

Soçidə XXII Qış Olimpiya Oyunlarının açılış mərasimi başlayıb.

Bu gün Bakı vaxtı ilə saat 20:14-də açılış mərasimi olan XXII Qış Olimpiya Oyunlarının və XI Qış Paralimpiya Oyunlarının Soçidə keçirilməsi barədə qərar 2007-ci il iyulun 4-də Beynəlxalq Olimpiya Komitəsinin Qvatemalada keçirilən 119-cu sessiyasında qəbul olunub. Soçi səsvermənin son 2 mərhələsində Avstriyanın Zalsburq və Koreya Respublikasının Pxeynçxan şəhərlərini qabaqlayıb.

Soçi Olimpiya Oyunlarında yarışlar 11 idman infrastrukturunda təşkil olunacaq. Bu obyektlərin ümumi tamaşaçı tutumu 120 min nəfərdir. İdman obyektləri sırasında ən böyüyü "Fişt" Olimpiya stadionudur.

25 min könüllünün qatıldığı Olimpiadada 2 800-ə yaxın idmançı öz gücünü yoxlayacaq. Onlar yeddi idman növündə 98 dəst medal uğrunda mübarizə aparacaqlar. Paralimpiya Oyunlarında onlardan 26 dəst az medal öz sahibini tapacaqdır.

Bütövlükdə 88 ölkənin qatıldığı yarışa 3 milyarddan artıq tamaşaçının baxacağı gözlənilir.

Olimpiadada ən çox idmançı ilə ABŞ təmsil olunur. Təxminən 230 amerikalının qatıldığı möhtəşəm oyunlarda ev sahibi Rusiya 225 atletlə yarışır.

Azərbaycanı Soçi Qış Olimpiya Oyunlarında 4 idmançı təmsil edəcək. Bunlar fiqurlu konki sürənlər Aleksey Sitnikov, Yuliya Zlobina, xizəkçilər - Patrik Braxner və Qaya Bassani Antivaridir.
Olimpiadanın rəsmi talismanı ağ ayı, dovşan və bəbirdir.

Soçidə XI Qış Paralimpiya Oyunları isə martın 7-dən 16-dək keçiriləcək. (Trend)

Tarix
2014.02.07 / 20:35
Müəllif
Axar.az
Digər xəbərlər

Əfqanıstan baş naziri İlham Əliyevi təbrik etdi

Pezeşkiandan Əliyevə: Dil, din, tarix ortaqlığı...

Şahabuddin İlham Əliyevi təbrik etdi

İƏT baş katibi İlham Əliyevə təbrik məktubu ünvanladı

BTQ istismara verildi

Azərbaycan və Özbəkistan XİN başçıları danışdı

Azərbaycanla tarixi uğura imza atdıq - Kobaxidze

Enerji strategiyası ölkənin inkişaf modelini formalaşdırdı

Ankara-İrəvan yaxınlaşması nə vəd edir? – “Stratfor”

İlham Əliyev İtaliya prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla