Yuxarı

İdmançımız Avropa birinciliyində 3 qızıl medal qazandı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ağırlıqqaldıranı Kamran Xappayev Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında Avropa birinciliyində üç qızıl medal qazanıb.

Axar.az xəbər verir ki, 61 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı birdən qaldırma hərəkətində 102 kiloqram çəkini başı üzərinə qaldıraraq bu hərəkətdə birinci yeri tutub.

O, eyni uğura təkanla qaldırma hərəkətində də nail olub. 125 kiloqramı ram edən atlet yenə də rəqiblərini qabaqlayaraq qızıl mükafata sahib çıxıb.

Cəmi 227 kiloqram (102+125) nəticə ilə yekun sıralamada da hər kəsi üstələyən Kamran Xappayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Eyni çəki dərəcəsində çıxış edən Əbdülhüseyn Hüseynov isə cəmi 207 kiloqram (95+112) nəticə ilə yekun sıralamada 6-cı yeri tutub.

Qeyd edək ki, 36 ölkədən 461 (218 qız + 243 oğlan) idmançının iştirak etdiyi yarışa iyunun 24-də yekun vurulacaq.

Tarix
2024.06.16 / 21:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Dağıstandakı hücum teraktdırsa, Putin niyə susur?

Xovayev Bakıya gəldi, Rokföy isə oyundankənardır

Paşinyan inandırıcı addım atdı, dəhliz isə... - Uorlik

Ermənistana bunun üçün dəfələrlə təklif göndərmişik

Azərbaycan Ordusunun yaradılmasından 106 il ötür

Qərar verirlər, ancaq bunun arxasında... - General

ABŞ-da Bakı və İrəvan arasında müzakirə keçirilir

Bakı və Moskva arasında məsləhətləşmələr keçirildi

Azərbaycan XİN Sloveniyanı təbrik etdi

XİN rəhbəri İqor Xovayev ilə görüşdü

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla