Yuxarı

Şahin Diniyev: "Polis məni aldatdı"

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şahin Diniyev: "Polis məni aldatdı"

Maraqlı oyun, bol qollu matç keçdi. Hər iki qapıya təzyiqlər vardı. Çünki komandaların hər ikisi hücuma meyilli idi. Bu 3 xal bizim üçün qızıl kimi idi. Avropanın qapısını döymək istəyiriksə, ən azından məğlub olmamalıydıq.

Sportnet.az xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Şahin Diniyev deyib.

O, Topaz Premyer Liqanın XXVI turunda "Neftçi"yə 3:2 hesabı ilə qalib gəldikləri oyundan sonra bunları bildirib:

"Geniş heyət olmasa da, meydanda uduzduq. İlk hissənin fasiləsində dedim ki, 2:0 qələbə deyil. "Neftçi"yə qarşı 90-dan əlavə 4-5 dəqiqədə də oynamaq lazımdır. Bu qələbə bütün gəncəlilərə bayram hədiyyəsidir. Mənə elə gəlir ki, bu gün Gəncədə hər kəsin qapısına papaq atdıq və payımızı aldıq. "Neftçi"yə uğurlar arzu edirəm və inanıram ki, gələcəkdə xal qazanıb qara zolaqdan çıxacaq. Demirəm ki, səhvsiz oynadıq. Amma qələbə qazana bildik".

Baş məşqçi hakimlik barədə danışmaq istəməyib: "Fikrimcə normal idarəçilik oldu. Bu gün hakimin səhvi yox, "Kəpəz"in qələbəsi idi.

Komandada oynayan futbolçuların hamısı qələbəni hiss etmir. Yəni özünə inam yoxdur. Bugünkü oyunda da məğlub ola bilərdik. Oyunun sonlarına yaxın qol buraxmağımız psixoloji amillə bağlıdır. Avropada çıxış etmək üçün güclənməyə ehtiyacımız var. Hər mövqedə daha səviyyəli futbolçu olmalıdır. İki cinah müdafiəçimiz var. bu gün geniş heyətimiz yoxdur. 3 xallıq sistemdə nəsə demək çətindir. Çünki 2-3 oyundan sonra dəyişiklik ola bilər. O demək deyil ki, biz Avropa Liqasına çıxırıq. Hələ qarşıda 30 xallıq oyun var. Bu da hər şeyi həll edə bilər. Mənim ən böyük arzum avrokuboklarda oynamaqdır. Məşqçi kimi belə turnirdə oynamamışam. Hamıdan çox bunu mən istəyirəm. Penaltilərə baxmıram. Orada bir polis əməkdaşı vardı. Üzündən nur yağırdı. Dedi ki, mənə bax, yaxşı olacaq. Düzdür, ikinci penaltidə məni aldatdı... (gülür). Dario hələ tam hazır deyil. İnanıram ki, biz arzuladığımız yerdə olan o, bizimlə olacaq. "Kəpəz" Namiqi Azərbaycan futboluna yenidən qaytardı və milliyə futbolçu verdi. Bu da bizim 6 aylıq əziyyətimizin boşa getməməyi deməkdir. Hələ təzə adlar çox eşidəcəksiniz".

Tarix
2016.03.20 / 00:05
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür

Ceyhun Bayramov iranlı həmkarı ilə danışdı

Ermənistanın dərmir yolları türk ölkəsinə verilir? - Rusiya

Pezeşkianın təşəkkür elədiyi ölkəyə SEPAH raket atdı

Bakı Təşəbbüs Qrupu: BMT bu qətnaməsini tam dəstəkləyirik

Azərbaycandan İranın Türkiyəyə raket hücumuna reaksiya

Hindistan Azərbaycana təşəkkür etdi

Türkiyədən alırdı, indi özü ərəb ölkələrinə satır...

Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident və xanımı Balayevlə vida mərasiminə əklil göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla