Yuxarı

Türk futbolçunun bu hərəkəti gündəm oldu - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türk futbolçunun bu hərəkəti gündəm oldu - Foto

Almaniyada keçirilən Avro-2024 çərçivəsində Türkiyə millisinin oyunçusu Merih Dəmiralin Avstriya ilə oyunda qələbə sevinci gündəm olub.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, 2-1 Türkiyənin qələbəsi ilə başa çatan oyunda hər iki qolun müəllifi olan M.Dəmiral oyunun sonunda meydançada Bozqurd işarəsi göstərib.

Futbolçunun bu addımı böyük maraqla qarşılanıb. Həmin anın görüntüləri sosial şəbəkələrin Türkiyə və xarici seqmentində sürətlə yayılır.

Futbolçu oyun sonrası müsahibəsində jurnalistin sualına cavabında, “İlk olaraq deyim ki, türk olmağımla qürur duyuram”, - sözləri ilə başlayıb.

Milli komandanın digər üzvü Samət Akaydının da qələbə paylaşımı diqqət çəkib. Futbolçu X hesabında “Dar gəlmişdi Ərgənəkon türklərə, nərəmiz yüksəlirdi göylərə”, - yazıb.

Maraqlıdır ki, 2019-cu ildə Avstriya hökuməti “radikallıq və siyasi islam”la mübarizə başlığı altında Bozqurd simvolu daxil, fərqli qruplara aid bir neçə simvolun istifadəsini qadağan edib. Bununla bağlı ölkədə “Simvol qaydası” qəbul olunub.

Qeyd edək ki, Merih Dəmirəl Avstriya-Türkiyə qarşılaşmasının ən yaxşı futbolçusu seçilib.

Tarix
2024.07.03 / 10:33
Müəllif
Axar.az
Digər xəbərlər

Xəzər geri çəkilir: Azərbaycanı gözləyən 10 böyük təhlükə

Şövkət Mirziyayev Mikayıl Cabbarovu qəbul etdi

Mustafayevlə Overçuk sentyabrda görüşəcək

Vətən müharibəsi yeni reallıqlar yaradıb - Bayramov

Azərbaycan və Rusiya arasında sənəd imzalandı

Rusiya ilə birbaşa uçuşların bərpası planlaşdırılır

Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoydu

AZAL qəzası ilə bağlı bütün məsələlər... - Lavrov

Bayramov Moskvada "Naməlum əsgər"i ziyarət etdi

Bayramovla Lavrovun görüşü başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla