Yuxarı

Avropa çempionatı: Azərbaycanın iki güləşçisi finalda!

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın iki sərbəst güləşçisi Serbiyanın Novi Sad şəhərində keçirilən 20 yaşlılar arasında Avropa çempionatında finala yüksəlib.

Azərbaycan Güləş Federasiyasından Axar.az-a verilən məlumata görə, Vasif Bağırov (57 kiloqram) fransalı Rasul Qalburayevə (11:0) və macarıstanlı Karoli Barata (tuş) tam üstünlüklə qalib gələrək yarımfinala yüksəlib. Yeniyetmələr arasında Avropa və dünya çempionumuz belaruslu Herbert Akapyana da heç bir şans tanımayıb – 10:3. Vasif finalda rusiyalı Lev Pavlovla güləşəcək.

Musa Verdiyev (65 kiloqram) polşalı Dominik Yaquşa 5:2 hesabı ilə qalib gəlsə də, 1/4 finalda fransalı Xızır Dasıyevə 3:7 hesabı ilə məğlub olub.

Ramik Heybətov (70 kiloqram) polşalı Zəlimxan Mutsukayevlə (3:2) yunanıstanlı Georgios Yakemidisi (3:1) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda almaniyalı Rostislav Lextə uduzub – 2:3.

Nurudin Maqomedqadjiyev (79 kiloqram) 1/8 finalda türkiyəli Cengizhan Doğana 1:4 hesabı ilə məğlub olub. Rəqib finala yüksəldiyi üçün Nurudin sabah təsəlliverici görüşdə litvalı Paulius Leskauskasla qarşılaşacaq.

Xetaq Karsanov (97 kiloqram) slovakiyalı Adam Jaksik (3:0) və moldovalı Konstantin Buzanı (10:0) yolundan kənarlaşdıraraq yarımfinala yüksəlib. Xetaq yarımfinalda gürcüstanlı Ramini Qulitaşvilini də vaxtından əvvəl məyus edib – 11:0. Karsanov sabah finalda rusiyalı Şaxman Nuxayevlə güləşəcək.

Tarix
2024.07.05 / 21:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qardaş ölkədə əsgərlərimiz belə qarşılandı - Video

Azərbaycana ən son model qırıcılar veriləcək - Detallar

İrəvanın “bacısı” Makron uduzdu: Qafqazda nələr dəyişəcək?

Azərbaycana hər yerdən hücum edilir: 4-cü qətlin dəhşəti...

Qriqoryan ABŞ-a təkliflə gedib – İmtina alacaq

COP29 ilə əlaqədar beşinci iclas keçirildi

Yeni başçı kollektivə təqdim olundu

Bakı böyük oyun oynayır, Zəngəzuru itirəcəyik - Danielyan

İrəvanda yeni xof: Bu tarixdə müharibə başlayacaq

Paşinyan 6 il əvvəl Bakıya nə söz verib? - Şok detal

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla