Yuxarı

I Avropa Oyunları ilə bağlı müşavirə keçirildi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Nəqliyyat Nazirliyində nazir müavini Musa Pənahovun sədrliyi ilə geniş tərkibli müşavirə keçirilib.

"Axar.az" Nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, müşavirədə I Avropa Yay Olimpiya Oyunlarının keçirilməsi ilə əlaqədar rəsmi nümayəndə heyətlərinə, idmançılara və tədbirdə iştirak etmək üçün Bakı şəhərinə gələcək qonaqlara nəqliyyat xidmətlərinin təşkilinə dair qarşılıqlı maraq kəsb edən məsələlər ətraflı müzakirə edilib. Bu işlərin yüksək səviyyədə təmin olunması ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, müşavirə Nazirliyin aidiyyəti struktur bölmələrinin və tabeli qurumlarının, Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin, Dənizkənarı Bulvar İdarəsinin, Bakı Metropoliteninin və Bakı - 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) səlahiyyətli nümayəndələrinin iştirakı ilə həyata keçirilib.

Tarix
2014.02.13 / 19:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

Son vaxtlar Almaniyaya səfərlərim... - Prezident

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts medianın suallarını cavablandırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla