Yuxarı

Millimiz Slovakiyaya uduzdu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millimiz Slovakiyaya uduzdu

13:02

Bu gün futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək.

Axar.az xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv səfərdə Slovakiyanın qonağı olacaq. Matçın start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək.

Görüşü polşalı FİFA referisi Damian Silvestrjak idarə edəcək.

Qeyd edək ki, Azərbaycan yığması ilk görüşdə doğma meydanda İsveç seçməsinə məğlub olub- 1:3.

***

Bu gün UEFA Millətlər Liqasında üz-üzə gələcək Slovakiya və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb.

Milli komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:

Azərbaycan: Mehdi Cənnətov, Rahil Məmmədov, Bədavi Hüseynov, Amin Seydiyev, Elvin Cəfərquliyev, Elvin Camalov, Aleksey İsaev, Emil Mustafayev, Toral Bayramov, Ozancan Kökçü, Renat Dadaşov.

Slovakiya: Martin Dubravka, Norbert Diomber, Milan Skriniar, Adam Obert, David Qancko, Stanislav Lobotka, Ondrey Duda, Juray Kutska, Tomas Suslov, Lukas Garaslin, David Strelec.

Qeyd edək ki, Koşitse şəhərindəki “Koşitse Futbol Arenası”nda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

***

Azərbaycan yığması UEFA Millətlər Liqasınının oyununda Slovakiyaya məğlub olub.

Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv səfərdə rəqibindən 2 cavabsız qol buraxıb.

Koşitse şəhərindəki “Koşitse Futbol Arenası”nda keçirilən qarşılaşmanın 22-ci dəqiqəsində Ondrey Duda, 4 dəqiqə sonrasında isə David Strelets fərqlənib.

Qeyd edək ki, milli komandamız C Liqasının I qrupunun ilk görüşündə İsveçə 1:3 hesabı ilə uduzmuşdu.

Tarix
2024.09.08 / 22:01
Müəllif
Axar.az
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla