Yuxarı

Ağayev ÇL-dəki oyunda səhv etdi, VAR düzəltdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Çempionlar Liqasında daha bir oyunu idarə edib.

Axar.az xəbər verir ki, o, Liqa mərhələsinin 4-cü turunda ötən gecə keçirilən “Bolonya” (İtaliya) - “Monako” (Fransa) oyununun baş hakimi olub.

Ağayev matçın 19-cu dəqiqəsində "Monako"nun qayda pozuntusundan sonra vurduğu qolu qeydə alıb. Ancaq epizoda təkrar baxıldıqdan sonra VAR qolu ləğv edib.

Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirib. Matçın VAR hakimləri Almaniyadan Paskal Müller və Kristian Dingert olub.

Əliyar Ağayev bu oyunda meydan sahiblərinin 3, qonaqların isə 2 futbolçusuna sarı vərəqə də göstərib. Oyun "Monako"nun 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, 4 turdan sonra “Monako” 10 xalla 3-cü, “Bolonya” 1 xalla 30-cu yeri tutur

Tarix
2024.11.06 / 11:59
Müəllif
Axar.az
Digər xəbərlər

Ümid edirik ki, Azərbaycan bunu edəcək - Ərdoğan

TDT-nin yeni bayrağı qəbul edildi - Foto

Qalib gələn Trampın Azərbaycan açıqlaması İrəvanı qarışdırdı

Dünya liderləri Trampı belə təbrik edir

Əliyev strategiyasını gördünüzmü? İndi gəlin sülhə...

Əliyev Bişkekdə mühüm tədbirdə çıxış etdi - Foto

Tramp gəldi, ermənilər şokdadır: Bakının şərti ilə olacaq!

Ərdoğandan ortaq əlifba açıqlaması

Əminəm ki, onlar COP29-da fəal iştirak edəcəklər - Prezident

TDT ordusu yaradılsın, Bakı mərkəz olsun - Türk general

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla