Yuxarı

“Qarabağ”a 2 "qırmızı" göstərən hakim millimizin matçında...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qarabağ”a 2 "qırmızı" göstərən hakim millimizin matçında...

Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının C Divizionunda Estoniya yığması ilə keçirəcəyi V tur oyununun hakim təyinatları açıqlanıb.

Axar.az xəbər verir ki, Qəbələ şəhər stadionunda təşkil olunacaq görüşü Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Con Biton olacaq. Bu referi daha əvvəl 4 dəfə “Qarabağ”ın avrokubok matçlarına, bir dəfə Azərbaycanın U-19, bir dəfə isə U-21 yığmasının oyunlarına təyinat alıb. O, sonuncu dəfə Ağdam klubunun UEFA Avropa Liqasının əsas mərhələsinin III turunda Bakıda “Ayaks”a 0:3 hesabı ilə uduzduğu matçda iş başında olub. 42 yaşlı referi həmin qarşılaşmada “Qarabağ”ın 2 futbolçusuna – Julio Romao ilə Elvin Cəfərquliyevə qırmızı vərəqə göstərib.

Azərbaycan - Estoniya oyununda C.Bitona yan xətt hakimləri Daniel Makfarleyn və Devid Makqiçi kömək edəcəklər. Dördüncü hakim funksiyasını Metyu Makdörmid yerinə yetirəcək.

VAR hakimi Endryu Dallas, onun köməkçisi Nikolas Uolş olacaq. Hakimlərin işinə albaniyalı Albano Yanko qiymət verəcək. UEFA nümayəndəsi polşalı Eva Qayevska təyin edilib.

Qeyd edək ki, noyabrın 16-da Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 18:00-da başlayacaq.

Tarix
2024.11.13 / 12:22
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

Ərdoğan türk dövlətlərini təbrik etdi

YAP-ın VIII Qurultayı əlamətdar hadisə oldu

Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...

Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!

İlham Əliyev İraq prezidentini təbrik etdi

Azərbaycanla Koreya arasında əlaqələr... - Prezident

Prezident Frank-Valter Ştaynmayerə məktub göndərdi

Azərbaycan buna sadiqdir! - XİN-dən açıqlama

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla