Yuxarı

Mənsimov bu məşhur klubun prezidenti ola bilər

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mənsimov bu məşhur klubun prezidenti ola bilər

“Beşiktaş” Futbol Klubunun ən böyük azarkeş qrupları “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun adını klubun prezidentliyinə namizəd olaraq irəli sürüb.

Axar.az xəbər verir ki, bu barədə “Palmali” Şirkətlər Qrupunun sözçüsü Fidan Quliyeva məlumat verib.

Onun sözlərinə görə, X sosial şəbəkəsində azarkeşlərin dəstək verdiyi namizədlər arasında azərbaycanlı iş adamı, “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun da adı çəkilir.

“Türkiyənin ən köklü və ən böyük futbol klublarından biri olan “Beşiktaş” klubunun qarşıdan gələn klub prezidenti seçkiləri həm azarkeşlər, həm də futbol dünyasında böyük maraq doğurur. “Beşiktaş” geniş azarkeş kütləsinə sahibdir. Buna görə də klub başkanlığı yarışına dair müzakirələr və ehtimallar sosial mediada sürətlə yayılır.

X-də azarkeşlərin dəstək verdiyi namizədlər arasında azərbaycanlı iş adamı, “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun da adı çəkilir.

O da qeyd edilir ki, klub fanatları həm Mübariz Mənsimova, həm də yerli iş adamlarına hazırda maddi sıxıntı yaşayan “Beşiktaş” klubuna dəstək verilməsi ilə bağlı çağırış ediblər.

İş dünyasındakı təcrübəsi və idman yatırımları ilə məşhur olan M. Mənsimov azarkeşlər arasında xüsusi diqqət çəkir”, - paylaşımda qeyd olunub.

Bildirək ki, azarkeşlərin klub prezidentliyi ilə bağlı təklifinə Mənsimov hər hansı fikir bildirməyib. Onun bu təklifi qəbul edib-etməyəcəyi hələlik açıqlanmayıb.

Tarix
2024.12.05 / 10:58
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla