Yuxarı

Heç vaxt Qurban Qurbanov kimisinə rast gəlməmişəm

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Heç vaxt Qurban Qurbanov kimisinə rast gəlməmişəm

“Qarabağ”ın qapıçısı Mateuş Koxalski Polşa mətbuatına geniş müsahibəsində baş məşqçiləri Qurban Qurbanov haqda danışıb.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, “Przegląd Sportowy One” nəşrinə danışan 24 yaşlı futbolçu deyib:

“Mən heç vaxt belə xarakterli məşqçiyə rast gəlməmişəm. O, ciddi bir şey olmadığı halda oyunçularla çox danışmır. Mən onunla işləməkdən zövq alıram və onun yanaşması təsiredicidir.

O, hər matçda öz səviyyəmizə uyğun oynamağımızı istəyir. Bunu ötən mövsüm “Qarabağ”ın Avropa Liqasının 1/8 finalına yüksəlməsi və yalnız alman “Bayer”inə gərgin mübarizədə (2:2, 2:3) uduzması da təsdiqlədi. İndi azarkeşlərdən mesajlar alıram. Onlar narahat olmamağımı və “Qarabağ”ın Avropada həmişə belə oynadığını düşünməməyimi xahiş edirlər.

Deyirlər, bu, sadəcə bir zəif mövsümdür. Mən bunu çox gözəl başa düşürəm. Çünki futbolçularımızın hansı səviyyədə olduğunu görürəm. Ümumiləşdirsək deyə bilərəm ki, məşqçi Qurbanov müstəsna insandır. O, başqa klublarda uğurla işləyə bilərdi, amma burada onun rolu əsasdır”.

Polşalı qapıçı Avroliqada komandası uğursuz çıxış edərkən Qurbanovun buna münasibətindən də danışıb:

“Oyunların fasilələri zamanı qıcıqlanırdı. Amma məğlubiyyətlərdən sonra onun qışqırmamasına təəccübləndim”.

Tarix
2024.12.28 / 01:42
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla