Yuxarı

Mazandaranda “traktor”çulara hücum edildi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mazandaranda “traktor”çulara hücum edildi

Ötən axşam İran Premyer Liqasının 14-cü həftəsinin oyunları çərçivəsində Təbrizin “Traktor” klubu ilə Mazandaranın “Nəssaci” klubunun qarşılaşması olub.

Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Mazandaran əyalətinin Qaimşəhər şəhərinin stadionunda gərgin keçən qarşılaşma 1-1 hesabı ilə başa çatıb.

Bununla da “Traktor” 29 xalla Premyer Liqanın turnir cədvəlində ikinci pilləyə düşüb, rəqib komanda isə 14 xalla 12-ci pillədə qərarlaşıb.

Oyun başlayandan “Nəssaci” azarkeşləri Azərbaycan komandası və azarkeşlərini təhqir edib, meydançaya və “traktor”çular olan cərgələrə yad cisimlər atıblar.

Hakimlər buna etinasız yanaşmasına etiraz edən “Traktor” klubunun baş məşqçisi Draqan İskoçiç və komandanın hücumçusu Mehdi Haşimnejada qırmızı kart verilərək meydandan kənarlaşdırıblar.

Oyun başa çatdıqdan sonra mazandaranlılar stadiondan çıxan azərbaycanlı azarkeşlərə hücum edib, qarşıdurma nəticəsində hər iki tərəfdən onlarla şəxs yaralanıb.

“Traktor” klubu məsələ ilə bağlı Futbol Federasiyasına şikayət məktubu yazıb, klubun çempion olmasına mane olmaq üçün hakimlərin, futbolçuların və Futbol Federasiyasının birləşdiyini deyib.

Meydandan qovulan hücumçu Mehdi Haşimnejad mediaya verdiyi açıqlamada İran klublarının “Traktor”a qarşı münasibətindən təəccübləndiyini bildirib:

“Görünür, “Traktor” çempion olmaq üçün bütün İranla mübarizə aparmalıdır”.

Tarix
2024.12.28 / 13:16
Müəllif
Axar.az
Digər xəbərlər

Məsud Pezeşkian İlham Əliyevə zəng etdi

Rusiyalı polkovnik rüşvət alıb Azərbaycana qaçdı

Bayramov Yunanıstan səfiri ilə görüşdü

Liderlər İlham Əliyevi təbrik edir

Prezident “Böyük Qayıdış”dan danışdı

Xaçatryan xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır

22 il öncə imzalanan saziş: Putin sözünü tutmadı - Video

Bakı 6 aydır İrəvandan bunu tələb edir - Surenyants

Azərbaycandan Ermənistana gedən qatar Böyük Kəsiyə çatdı

Şahin Şıxlinskinin həbs müddəti uzadıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla