Ana səhifə İdman |
İdmançılar arasındakı insidentlə bağlı təcili iclas keçiriləcək.
Axar.az xəbər verir ki, bununla bağlı Oxu.az-a Kikboksinq federasiyasının baş katibi İlkin Məsimzadə məlumat verib.
"Azərbaycan Kikboksinq Federasiyası baş vermiş xoşagəlməz hadisəni şiddətlə qınayır. Baş verənlərin kikboksinq idman növünə ləkə olduğunu və ümumiyyətlə idman sferasında yolverilməz olduğunu bildirir. Məsələ ilə bağlı 07.01.2025 tarixində federasiyanın iclası gözlənilir. İstintaqın gedişatına uyğun olaraq Azərbaycan Kikboksinq Federasiyasının rəhbərliyi tərəfindən uyğun qərar veriləcəkdir", - deyə o bildirib.
Qeyd edək ki, DSX mayoru, kikboksinq üzrə əməkdar məşqçi və əməkdar idman ustası Fuad Zeynalova hücum çəkməkdə şübhəli bilinən Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov və Musa Əhmədov saxlanılıblar. Daha sonra kikboksinq üzrə dünya və Avropa çempionu, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Ramal Aslanov hücumun sifarişini verən şəxs kimi saxlanılıb.
Tarix
2025.01.06 / 17:41
|
Müəllif
Axar.az
|