Yuxarı

Bakıda idman ustasını döyənlərdən daha biri saxlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda idman ustasını döyənlərdən daha biri saxlanıldı

11:00

Yanvarın 4-də saat 3 radələrində Bakının Xətai rayonunda bir qrup idmançının xuliqanlıq zəminində insident törətməsi barədə məlumatlar yayılıb.

Bu barədə Axar.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib.

Hadisəni törətməkdə şübhəli bilinən Elnur Həmidov, Elçin Hüseynov, Elvin Məmmədov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

***

Yanvarın 4-də gecə saatlarında baş verən kikboksçu və boksçu məşqçilərin iştirakı ilə törədilmiş cinayət işi ilə bağlı daha bir nəfər saxlanılıb.

Axar.az Prosport.az-a istinadən xəbər verir ki, kikboksinq üzrə dünya və Avropa çempionu, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Ramal Aslanov Xətai Rayon Polis Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

"Lord" ləqəbli Ramal Aslanov DSX mayoru, kikboksinq üzrə əməkdar məşqçi və əməkdar idman ustası Fuad Zeynalova hücumda iştirak edən Elnur Həmidov, Elçin Hüseynov və Elvin Məmmədova sifarişi verən şəxs kimi şübhəli bilinir.

Fuad Zeynalov Xətai Rayon Prokurorluğunun yanında yerləşən "Yavan" restoranından çıxarkən sözügedən şəxslər ona hücum edib.

Ramal Aslanovla Fuad Zeynalov bir federasiyada işləsə də, uzun müddət aralarında soyuqluq olub.

Tarix
2025.01.05 / 18:09
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla