Yuxarı

“Qarabağ” son 21 mövsümün rekordunu təkrarladı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qarabağ” son 21 mövsümün rekordunu təkrarladı

“Qarabağ” Misli Premyer Liqasının 2024/2025 mövsümündə 50 qol vuran ilk komanda olmaqla yanaşı, son 21 mövsümün rekordunu da təkrarlayıb.

Axar.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam klubunun yubiley topu XIX turun “Şamaxı” ilə ev matçına (3:2) təsadüf edib.

50-ci qol Cəlal Hüseynovun avtoqolu ilə gerçəkləşib.

50 qol üçün “Qarabağ”a 19 matç kifayət edib. Ağdam klubu 2 il əvvəl – 2022/2023 mövsümündə də 50-ci qolunu 19-cu oyununda vurub.

Ölkə çempionatları tarixində isə mütləq rekord 1996/1997 mövsümündə qeydə alınıb. “Neftçi” 50-ci qolunu 13-cü turda vurub. “Kəpəz” 15-ci (1995/1996) və 16-cı (1998/1999) oyununda “100”ü yarılayıb.

Tarix
2025.01.19 / 12:33
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla