Yuxarı

"Qarabağ" aşağı pillələrdə olsa da... - Haralambus

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qarabağ" aşağı pillələrdə olsa da... - Haralambus

"Qarabağ" Avropada kifayət qədər təcrübəsi olan komandadır. Hazırda turnir cədvəlində aşağı pillələrdə qərarlaşsalar da, bu klubla qarşılaşma çox çətin olacaq.

Axar.az xəbər verir ki, bu sözləri Rumıniyanın FKSB klubunun baş məşqçisi Elias Haralambus UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri VII tur oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.

45 yaşlı mütəxəssis komandasının yaxşı vəziyyətdə olduğunu bildirib:

"Komanda daxilində heç bir problem yoxdur. Biz matça hazırıq. Psixoloji və fiziki cəhətdən futbolçuları oyuna yaxşı hazırlamışıq. Rəqibin aktivində xalının az olması bizi arxayınlaşdırmamalıdır. Ümid edirəm ki, nəticə xeyrimizə olacaq".

O, Ağdam təmsilçisinin aparıcı futbolçusu Juninyonun Braziliyanın "Flamenqo" klubuna keçidinin oyunun nəticəsinə təsir göstərməyəcəyini söyləyib:

"Düşünmürəm ki, bu amil "Qarabağ"ın oyununa pis təsir etsin. Bizim də heyətimizdə itkilər var. Əsas oyunçularımız sabah meydana çıxa bilməyəcəklər. Bizim öz oyun üslubumuz var. Zədəli futbolçuların boşluğunu doldurmağa çalışacağıq".

Qeyd edək ki, yanvarın 23-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – FKSB matçı saat 21:45-də başlayacaq.

Tarix
2025.01.22 / 19:29
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla