Yuxarı

Azərbaycanın iki cüdoçusu qızıl medal görüşünə çıxacaq

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçirilən "Böyük Dəbilqə" turnirinin ikinci günündə Azərbaycanın dörd cüdoçusu medal görüşə vəsiqə qazanıb.

Axar.az xəbər verir ki, onlardan ikisi qızıl, digər ikisi isə bürünc mükafat uğrunda qüvvəsini sınayacaq.

Kişilər arasında Rəşid Məmmədəliyev (73 kiloqram) dünya ikincisi olan yaponiyalı cüdoçu Tatsuki İşihara ilə həlledici mərhələdə üz-üzə gələcək. Eyni çəkidə mübarizə aparan Vüsal Qələndərzadə isə bürünc medal uğrunda gənclər arasında dünya çempionu digər Yaponiya idmançısı Ryuqa Tanaka ilə mübarizə aparacaq.

Zelim Tçkayev (81 kiloqram) qızıl medal uğrunda Kanadanı təmsil edən Fransua Qotye Drapö ilə qarşılaşacaq. Bu çəkidə digər cüdoçu Ömər Rəcəbli isə üçüncü yer üçün bəhreynli Askerbyi Qerbekovla tatamiyə çıxacaq.

Qeyd edək ki, fevralın 16-dək davam edəcək “Böyük Dəbilqə”də Azərbaycan 12 çəki dərəcəsində 32 idmançı (23 kişi və 9 qadın) ilə təmsil olunur. Turnirdə ümumilikdə 36 ölkədən 258 cüdoçu medallar uğrunda mübarizə aparır.

Tarix
2025.02.15 / 18:14
Müəllif
Axar.az
Digər xəbərlər

Sərdar Cəlaloğludan Bəhrama ittiham: Rus agenti - Video

Rəsmi Bakıdan Abxaziyadakı seçkilərə reaksiya

Erməni Bella Bakıya təhvil verilir? – Lapşin ifşa oldu

Vensin çıxışı Avropanı şoka saldı: Putinlə müqayisə…

Leyla Əliyeva babasını bu sözlərlə təbrik etdi

Paşinyan Sinirlioğlu ilə görüşdü, Bakı ilə əlaqələrdən danışdı

Bayramov Hakan Fidanla görüşdü

Bayramov ATƏT-in baş katibi ilə görüşdü

Azərbaycandan Serbiya ilə bağlı paylaşım

Vens Münhendə Avropa elitasını bu çıxışla darmadağın etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla