Yuxarı

Arif Quliyevin bir bədbəxtliyi vardı - Həmkarı bəzi sirləri açdı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Arif Quliyevin bir bədbəxtliyi vardı - Həmkarı bəzi sirləri açdı

Mən də hamı kimi Arif Quliyevi ekrandan tanımışam. Onun aktyor kimi böyük sənətkar olduğu göz qabağında idi. Bir bədbəxtliyi var idi ki, rejissoru olmadı. Əgər Arif İtaliya, Fransa, İngiltərədə dünyaya gəlsəydi, oraların məşhur rejissorları ilə təmasda olsa idi, dünya şöhrətli aktyor olardı. Bunu çəkinmədən deyirəm. Arif Quliyevin rejissoru Azərbaycanda tapılsaydı, 10 dəfə daha qüdrətli obrazlar canlandırardı.

Kult.az xəbər verir ki, bu sözləri əməkdar artist Qorxmaz Əlilicanzadə "AStar" layihəsində mərhum xalq artisti Arif Quliyev haqqında danışarkən deyib.

O, 3 yaşında uşaq evinə tərk edilən A.Quliyevin doğma ailəsi ilə sonralar əlaqə saxlamaq istəmədiyini bildirib:

"O, qardaşlarını özünə yaxın buraxmırdı. Onun əsl anası ilə maraqlanıram ki, kimdir. Yaşadığı kəndi də bilirəm, amma oğlunun icazəsi olmadan deyə bilmərəm. Bakı kəndlərindən biridir. Onun hansı səbəbdən uşaq evində böyüməsini bilmirəm. O, insanlarda özünü axtarırdı ki, mən bu xasiyyəti hansı anadan-atadan almışam. Tapa bilmirdi. Onun çəkdiyi dərdləri bilsələr, hönkür-hönkür ağlayardılar".

Q.Əlilicanzadə qeyd edib ki, mərhum sənətçi oğlu Fəridin faciəli həyatına görə çətin dövrdən keçib:

"Çox dərd çəkirdi. Bəlkə də təklikdə ağlayıb, amma bunu görən olmayıb. O, dərdini insanlara göstərmək istəmirdi".

Q.Əlilicanzadə A.Quliyevin koronavirusdan deyil, başqa xəstəlik səbəbindən vəfat etdiyini açıqlayıb:

"Arif koronavirus deyildi, beynində problem var idi. Onun ciyərlərində soyuqdəymə yox idi. Təzyiqi qalxıb-düşürdü. Sonra da ona qızdırma gəldi. Bəli, adını koronaviris qoyduq, amma evdə müalicə ala bilərdi. Arif inanmırdı öləcək. Orada da deyib-gülməyindən, zarafatından qalmırdı. Amma vəziyyət ciddiləşəndə, o da dəyişdi. Elə bil Arif sağollaşıb getdi".

Xatırladaq ki, A.Quliyevin oğlu Fərid Quliyev 2000-ci ildə qəsdən adamöldürmə maddəsi ilə ittiham olunaraq həbs edilmişdi. 14 illik məhkumluq müddəti verilmiş aktyorun oğlu 2011-ci ildə əfv olunmuş, 2012-ci ildə isə vərəm xəstəliyindən dünyasını dəyişmişdi.

Qeyd edək ki, Arif Quliyev 2021-ci ildə 70 yaşında koronavirusdan vəfat edib.

Tarix
2025.02.16 / 00:28
Müəllif
Kult.az
Digər xəbərlər

Trampın Əliyevə xüsusi simpatiyası var - Brayza

Avropadan Zəngəzur dəhlizinə dəstək: Müddət 25% azalacaq!

Tiflisin İrəvandan idxalı Bakıya nisbətən 10 dəfə çox oldu

Pakistan bu ölkəyə zərbələr endirdi: onlarla ölü var

İlham Əliyev Səudiyyə kralını təbrik etdi

Prezidentin mühafizəçiləri ilə bağlı videonun təhlili...

Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı

Milli Məclis bu MMC ilə 2 milyonluq müqavilə bağlayıb?

Nitqin gözəlliyi, orfoqrafiya qaydaları və ifadə-üslub xətaları...

Urmiya gölündə suyun səviyyəsi 68 santimetr yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla