Yuxarı

Formula-1-i 190 ölkə izləyəcək - Nazir

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gələn ay Bakıda keçiriləcək "Formula-1" üzrə Avropa Qran-prisinə hazırlıq işləri plana uyğun olaraq davam edir. Trekin asfaltlanması prosesi artıq başa çatıb. Görülən işlər beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilib. Pit binasının tikintisi isə artıq yekunlaşıb. Hazırda orada texniki avadanlığın quraşdırılması prosesi gedir.

Axar.az xəbər verir ki, bu sözləri gənclər və idman naziri Azad Rəhimov deyib.

Bildirib ki, azarkeşlər üçün 18 min oturacaq quraşdırılıb. Bundan əlavə, azarkeşlərə ayaqüstü biletlər də təklif olunur ki, onlar yarışı izləməklə yanaşı, konsert və əyləncə proqramlarında iştirak edə biləcəklər. Yarış sürətli şəhər treki adına malikdir. Belə ki, Qran-pri zamanı bolidlər saatda 340 kilometr sürətlə hərəkət edəcəklər. Bakı Şəhər Halqası paytaxtın gözəlliyini dünyaya çatdırmağa imkan verəcək. Yarış zamanı televiziya tamaşaçıları Bakının tarixi və müasir görkəminə şahid olacaqlar. Bilet satışı isə istədiyimiz kimi davam edir.

Dünya pilotlarının Bakı Şəhər Halqası haqqında yüksək fikirdə olduğunu bildirən nazir deyib: "Beynəlxalq Avtomobil Federasiyasının rəsmisi Çarli Vaytinq bir müddət əvvəl ölkəmizdə səfərdə oldu və görülən işləri yüksək qiymətləndirdi. O, pilotlar və azarkeşlər üçün heç bir təhlükənin olmadığını diqqətə çatdırdı. Əcnəbi vətəndaşlar üçün viza rejimi də sadələşdirilib. Belə ki, yarışa qeydiyyatdan keçmiş insanlarda akkreditasiya, turistlərdə isə alınan bilet viza rolunu oynayacaq. Yarışa 4 min könüllü cəlb olunub. Qran-priyə kifayət qədər böyük maraq var. Bu yarışı 190 ölkədə 500 milyondan artıq tamaşaçı izləyəcək".

Tarix
2016.05.19 / 23:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nikolun “modeli”ni bəyanatda kim tapsa, 500 dollar verəcəm

Xoyskinin Rəsulzadəyə məktubu: Bu ərazini ermənilərə vermək...

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla