Yuxarı

Millimiz Kanadaya məğlub olmadı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriyada təlim-məşq toplanışında iştirak edən futbol üzrə Azərbaycan milli komandası bu gün Avstriyanın Rorbax an der Lafnits qəsəbəsində Kanada yığması ilə yoldaşlıq oyunu keçirib.

Axar.az xəbər verir ki, Saşa Amhofun rəhbərliyi ilə isveçrəli hakimlər briqadasının idarə etdiyi oyunun ilk hissəsində milli komanda rəqib qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaratsa da, topu çərçivədən keçirmək hücumçularımıza müyəssər olmayıb. İlk hissənin bitməsinə bir neçə dəqiq qalmış Kanada yığma komandası əks hücum imkanından yararlanaraq oyunda hesabı açıb. Matçda ilk qolu kanadalı Akindele Teşo vurub.

İkinci hissədə Azərbaycan millisi təşəbbüslərin sayını artırıb və 58-ci dəqiqədə Dimitri Nazarov penalti zərbəsini dəqiq yerinə yetirərək oyunda hesabı bərabərləşdirib. Oyunun sonunadək hesab dəyişməyib və yoldaşlıq görüşü 1:1 hesabı ilə başa çatıb.

Azərbaycan milli komandası mayın 23-dən iyunun 4-dək Avstriyada təşkil olunan təlim-məşq toplanışı çərçivəsində üç oyun keçirib. İlk oyunda Andorra millisi ilə bərabərə qalan (0:0) Azərbaycan yığma komandası ikinci yoldaşlıq görüşündə Makedoniya millisinə 1:3 hesabı ilə məğlub olmuşdu.

Tarix
2016.06.03 / 23:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Erməni yürüşçilərə güc tətbiqi... - DİN

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış edir

Azərbaycan-Slovakiya sənədləri imzalandı

Paşinyan: Delimitasiya bu xəritələrlə aparılır

Azərbaycanla sərhəd dirəklərini artırmaq üçün...

Bolqarıstan prezidenti Azərbaycana gəlir

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Prezident Slovakiyanın baş naziri ilə görüşdü - Foto

Azərbaycana qarşı “cəza” kampaniyasını, görün, kim aparır

MM-də maraqlı təklif: Paşinyanı Bakıya çağıraq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla