Yuxarı

Şagird davada öldü - Direktordan açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şagird davada öldü - Direktordan açıqlama

Vəfat edən uşaq bizim məktəbin 10 b sinif şagirdi Aslan Əliyevdir. Hadisə dünən olub. Araşdırma başlayıb.

Bu sözləri Axar.az-a İsmayıl Məmmədov adına 2 saylı Tərtər məktəb-liseyinin direktoru Gülarə Əkbərova iki məktəbli arasında düşən davanın təfərrüatı ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, dava edən digər məktəbli haqqında məlumatı yoxdur:

“Kimlə dava etdiyini və davanın hansı səbəbdən baş veriyini bilmirik. Müxtəlif versiyalar deyilir. İstintaq müəyyən edəcək. Artıq araşdırmalar başlayıb. Bizim eşitdiyimizə görə, Aslan ürəktutmasından dünyasını dəyişib. Çox təəssüf ki, belə bir hadisə baş verdi. Kollektivimiz bu acı xəbərə çox üzüldü. Şagirdimizin dəfn mərasimində də iştirak etdik”.

Qeyd edək ki, 6 mayda Tərtərdə iki məktəbli arasında dava baş verib. Nəticədə şagirdlərdən biri yumruq zərbəsindən sonra huşunu itirib və aparıldığı xəstəxanada ölüb.

Rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Tarix
2024.05.07 / 11:58
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Yermek Koşerbayev Azərbaycana səfər edəcək

İrandan bəyanat: Naxçıvana PUA zərbəsi...

Bakı ilə Tiflis arasında əlaqələrin intensivliyi getdikcə artır

İranın qisas günü çatdı: ABŞ qarşısını almaq üçün sabah...

Hindistanın Bakıya “qəfil sevgisinin” səbəbləri...

İlham Əliyev Möhsün Şəntürkü qəbul etdi

Rəsmi Bakı BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu qınadı

İlham Əliyev bütün manipulyasiyalara son qoydu - Maxaşvili

Ukrayna əraziləri geri qaytarır, Rusiya zəifləyir...

İranın ABŞ-a qardaş olmasının sübutları - Şok faktlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla