Yuxarı

İrana hücumlar 2 həftəlik dayandı - Atəşkəs elan olundu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrana hücumlar 2 həftəlik dayandı - Atəşkəs elan olundu

ABŞ Prezidenti Donald Tramp Tehran tərəfindən Hörmüz boğazının tam, dərhal və təhlükəsiz şəkildə açılması şərti ilə İrana qarşı bombardmanları və hücumu iki həftəlik dayandırmağa hazır olduğunu açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkə hesabında yazıb.

Trampın sözlərinə görə, bu qərar onu gecə İrana qarşı planlaşdırılan dağıdıcı gücün tətbiqindən çəkinməyə çağıran Pakistanın Baş naziri Şahbaz Şərif və feldmarşal Asim Munirlə aparılan danışıqların yekununda qəbul edilib.

Amerika lideri qeyd edib ki, söhbət ikitərəfli atəşkəsdən gedir.

O, həmçinin iddia edir ki, ABŞ artıq qarşıya qoyulan bütün hərbi məqsədləri yerinə yetirib və hətta onları aşıb, eləcə də İranla və Yaxın Şərqdə uzunmüddətli sülhə dair yekun razılaşmanın hazırlanmasında əhəmiyyətli dərəcədə irəliləyib.

Trampın sözlərinə görə, Vaşinqton İrandan 10 bəndlik təklif alıb və onu danışıqlar üçün mümkün əsas kimi nəzərdən keçirir. Onun iddiasına görə, ABŞ və İran arasında əvvəlki mübahisəli məsələlərin əksəriyyəti üzrə artıq razılıq əldə olunub, iki həftəlik müddət isə razılaşmanın yekunlaşdırılması və imzalanması üçün lazımdır.

"Amerika Birləşmiş Ştatları adından, Prezident kimi, həmçinin Yaxın Şərq ölkələrini təmsil edərək, bu çoxdankı problemin öz yekun həllinə yaxın olmasını şərəf hesab edirəm", - o vurğulayıb.

Tarix
2026.04.08 / 06:50
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla