Yuxarı

İrana qarşı hücumlar dayandırılırsa... - Arakçı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrana qarşı hücumlar dayandırılırsa... - Arakçı

İranın xarici işlər naziri Abbas Arakçı İslam Respublikası adından bölgədəki müharibəyə son qoymaq üçün göstərdiyi səylərə görə Pakistanın Baş naziri Şahbaz Şərif və feldmarşal Asim Munirə təşəkkür edib.

Axar.az xəbər verir ki, Arakçı bu barədə X sosial şəbəkə hesabında yazıb.

"İran İslam Respublikası adından bölgədəki müharibəyə son qoymaq üçün göstərdikləri yorulmaz səylərə görə əziz qardaşlarım, Pakistanın Baş naziri Şərifə və feldmarşal Munirə təşəkkür və minnətdarlığımı bildirirəm.

İrana qarşı hücumlar dayandırılarsa, Silahlı Qüvvələrimiz öz müdafiə əməliyyatlarını dayandıracaq. İki həftə müddətində İranın Silahlı Qüvvələri ilə koordinasiya vasitəsilə və texniki məhdudiyyətlər lazımi qaydada nəzərə alınmaqla Hörmüz boğazından təhlükəsiz keçid mümkün olacaq", - Arakçı bildirib.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Tehran tərəfindən Hörmüz boğazının tam, dərhal və təhlükəsiz şəkildə açılması şərti ilə İrana qarşı bombardmanları və hücumu iki həftəlik dayandırmağa hazır olduğunu açıqlayıb. Bundan sonra İranın Ali Milli Təhlükəsizlik Şurası (AMTŞ) ABŞ üzərində qələbə qazandıqlarına dair bəyanat yaydı.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Buna cavab olaraq İran İsrailə və Körfəz ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

Tarix
2026.04.08 / 07:05
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla