Yuxarı

ABŞ üzərində qələbə qazandıq! - İran bəyanat yaydı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ üzərində qələbə qazandıq! - İran bəyanat yaydı

İranın Ali Milli Təhlükəsizlik Şurası (AMTŞ) ABŞ üzərində qələbə qazandıqlarına dair bəyanat yayıb və Ağ Evin qəbul etdiyi şərtləri açıqlayıb.

Axar.az "Fars" agentliyinə istinadla xəbər verir ki, bəyanatda ABŞ Prezidenti Donald Trampın Tehranın 10 bəndlik təklifini qəbul etdiyi iddia olunur.

"Düşmən İran xalqına qarşı apardığı müharibədə sarsıdıcı məğlubiyyətə uğrayıb, İslam Respublikası Amerikanı 10 maddəlik planını qəbul etməyə məcbur edib", - bəyanatda bildirilib.

AMTŞ İranın Ağ Evə təkliflərini də açıqlayıb:

"Bu planda Amerika təcavüz etməməyə, İranın Hörmüz boğazı üzərindəki nəzarətinin davam etməsini, uranın zənginləşdirilməsini qəbul etməyi, bütün sanksiyaların ləğvini, BMT Təhlükəsizlik Şurası və Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə qəbul olunan bütün qətnamələrə son qoymağı, İrana dəymiş zərəri ödəməyi, ABŞ ordusunun bölgədən çıxarılmasını və bütün cəbhələrdə, o cümlədən Livanın islami müqavimətinə (Hizbullah) qarşı müharibəni dayandırmağı qəbul edib".

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Tehran tərəfindən Hörmüz boğazının tam, dərhal və təhlükəsiz şəkildə açılması şərti ilə İrana qarşı bombardmanları və hücumu iki həftəlik dayandırmağa hazır olduğunu açıqlayıb.

Tarix
2026.04.08 / 06:55
Müəllif
Axar.az
Digər xəbərlər

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla