Yuxarı

Pakistandan Trampa İranla bağlı müraciət: Vaxtı uzat...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pakistandan Trampa İranla bağlı müraciət: Vaxtı uzat...

Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ Prezidenti Donald Trampa müraciət edib.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bununla bağlı o, sosial media hesabında paylaşım edib.

Şahbaz Şərif Ağ Ev rəhbərindən diplomatiyanı inkişaf etdirmək naminə İrana verilən müddətin daha 2 həftə uzadılmasını xahiş edib. Həmçinin İran tərəfinə də eyni müddətə Hörmüz boğazını açmaq barədə təklif irəli sürüb.

“Yaxın Şərqdə davam edən müharibənin sülh yolu ilə həlli üçün diplomatik səylər sabit, güclü və təsirli şəkildə irəliləyir və yaxın gələcəkdə ciddi nəticələr verə bilər. Diplomatiyanın öz axarı ilə davam etməsinə imkan yaratmaq üçün Prezident Trampdan müddətin iki həftə uzadılmasını səmimi şəkildə xahiş edirəm. Pakistan bütün səmimiyəti ilə İran qardaşlarından Hörmüz boğazını eyni müddətə – iki həftəlik – xoşməramlı jest kimi açmağı xahiş edir. Biz həmçinin bütün müharibə tərəflərini iki həftəlik ümumi atəşkəsə riayət etməyə çağırırıq ki, diplomatiya müharibənin qəti şəkildə dayandırılmasına nail ola bilsin. Bu, regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması baxımından vacibdir”, – paylaşımda deyilir.

Tarix
2026.04.08 / 01:02
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistana 26 vaqon buğda göndəriləcək

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

Azərbaycan Əfqanıstanı təbrik etdi - Foto

Deputatlarımız bu türk ölkəsində seçkiləri müşahidə edəcək

Azərbaycan əmindir ki, biz uduzacağıq - Video

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla