Yuxarı

İranın bu bəyanatı Trampı qəzəbləndirdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranın bu bəyanatı Trampı qəzəbləndirdi

İran Ali Milli Təhlükəsizlik Şurasının İslam Respublikasının Amerika üzərində qələbə qazanması ilə bağlı bəyanatı ABŞ Prezidenti Donald Trampı qəzəbləndirib.

Axar.az xəbər verir ki, Tramp bu barədə "Truth Social" hesabında yazıb.

"CNN tərəfindən yayımlanan bəyanat, CNN-in də yaxşı bildiyi kimi, saxtakarlıqdır. İranın rəsmi bəyanatı xarici işlər naziri Abbas Arakçının sosial şəbəkə hesablarında bölüşdüyü sənəddir. O bəyanatı "Truth"da paylaşdım. Səlahiyyətlilər saxta "CNN World" bəyanatının verilməsində cinayət izi müəyyən etməyə çalışırlar. CNN-ə hər zamankı kimi bərbad reportajlarına görə tam üzr istəyərək bu bəyanatı dərhal geri götürməsi əmr edilir. Araşdırmanın nəticələri yaxın gələcəkdə elan ediləcək", - Tramp yazıb.

Qeyd edək ki, İranın Ali Milli Təhlükəsizlik Şurası (AMTŞ) ABŞ üzərində qələbə qazandıqlarına dair bəyanat yayıb. Bundan sonra A.Arakçı sosial şəbəkə hesablarında atəşkəsin hansı şərtlərlə əldə olunacağını bildirib. Tramp da Arakçının yaydığı bəyanatı "Truth Social" hesabında paylaşıb.

Əlavə edək ki, İran XİN başçısının bəyanatı AMTŞ-yə istinadla yayılsa da, sənədlərin mətnində fərq var.

Tarix
2026.04.08 / 07:45
Müəllif
Axar.az
Digər xəbərlər

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

İlham Əliyev Məhəmməd Ben Sulayem ilə görüşdü

Əli Əsədov suriyalı nazirlə görüşdü - Foto

Prezident Bakıda mühüm forumda... - Video

Türkiyədə Bakıya qarşı kampaniya - Nə baş verib?

Türkiyədə Azərbaycana qarşı kampaniya... - MM

Forumda sənədlər mübadilə edildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla