Yuxarı

İran müharibəsi Türkiyəyə necə təsir edir? - Yılmaz

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran müharibəsi Türkiyəyə necə təsir edir? - Yılmaz

İran ətrafındakı böhranın danışıqlar yolu ilə həll olunacağına ümid edirik. Bölgəmizdə gərginliyin azalmasını, daha sabit mühitin formalaşmasını istəyirik. Müharibə heç kimə fayda vermir, ədalətli sülh isə hər kəsin maraqlarına cavab verir. Türkiyə olaraq bu istiqamətdə səylərə hər zaman töhfə verməyə hazırıq.

Axar.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz jurnalistlərə açıqlamasında deyib.

“Təəssüf ki, vəziyyət qeyri-müəyyən olaraq qalır. Bəzən daha müsbət mesajlar verilir, bəzən isə gərginliyi artıran bəyanatlar səslənir. Ümid edirik ki, böhran ən qısa zamanda aradan qalxacaq, danışıqlar bərpa olunacaq və problemlər silah yolu ilə deyil, dialoq masasında həll ediləcək”, - C.Yılmaz qeyd edib.

O, həmçinin Türkiyənin enerji təchizatı ilə bağlı problem yaşamadığını vurğulayıb:

“İdxalın şaxələndirilməsi siyasətimizin faydalarını bir daha aydın görürük. Müxtəlif ölkələrdən neft və təbii qaz tədarük edən dövlət olmağın üstünlükləri bu gün daha aydın hiss olunur. Bir çox ölkə ilə müqayisədə Türkiyə bu böhranlı dövrü daha məhdud təsirlərlə keçəcək”.

Tarix
2026.04.08 / 01:51
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistana 26 vaqon buğda göndəriləcək

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

Azərbaycan Əfqanıstanı təbrik etdi - Foto

Deputatlarımız bu türk ölkəsində seçkiləri müşahidə edəcək

Azərbaycan əmindir ki, biz uduzacağıq - Video

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla