Yuxarı

Bu qidalarla bağlı hamilə xanımların diqqətinə!

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu qidalarla bağlı hamilə xanımların diqqətinə!

Hamiləlik dövründə ananın qidalanma vərdişləri yalnız öz sağlamlığına deyil, həm də bətnindəki körpənin inkişafına birbaşa təsir göstərir.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, mütəxəssislər vurğulayırlar ki, hamiləlik dövründə müəyyən qidalardan qəti şəkildə çəkinmək lazımdır. Bu tövsiyələrə əməl edilməməsi vaxtından əvvəl doğuş, düşük, infeksiya və anadangəlmə qüsurlar kimi ciddi fəsadlara səbəb ola bilər. Həm ananın, həm də körpənin sağlamlığını qorumaq üçün məlumatlı qidalanma seçimləri etmək çox vacibdir.

İnfeksiya riski daşıyan təhlükəli qidalar

Çiy və ya az bişmiş ət və dəniz məhsulları hamiləlik dövründə ən riskli qidalar arasındadır. Bu qidalarda olan zərərli mikroorqanizmlər həm ana, həm də körpə üçün ciddi təhlükə yaradır. Suşi və oxşar dəniz məhsulları qətiyyən istehlak edilməməlidir.

Pasterizə olunmamış süd və süd məhsulları da oxşar risklər daşıyır. Xüsusilə, mənşəyi məlum olmayan yumşaq pendirlər və təzə süd məhsulları bakterial infeksiya riskini artırır. Çiy yumurta və çiy yumurta tərkibli məhsullar da təhlükələr siyahısındadır. Mayonez, evdə hazırlanmış desertlər və souslar kimi çiy yumurta tərkibli qidalardakı “salmonella” bakteriyaları hamiləlik dövründə ciddi infeksiya riski yaradır.

Zəhərli maddələr və kimyəvi təhlükələr

Civə ilə zəngin balıqlar körpənin sinir sisteminin inkişafı üçün ciddi təhlükə yaradır. Kral skumbriyası, qılınc balığı, köpəkbalığı və tuna kimi böyük balıqlarda olan civə, dölün nevroloji inkişafına mənfi təsir göstərir və daimi zərər verə bilər.

Emal olunmuş ət məhsulları və kolbasalar yüksək duz, nitrit və qatqı tərkibinə görə risk yaradır. Kofein istehlakı da məhdudlaşdırılmalıdır. Gündəlik 200 mq-dan çox kofein qəbulu düşük və vaxtından əvvəl doğuş riskini artırır. Qəhvə, çay, kola və enerji içkilərinin istehlakında ehtiyatlı olmaq lazımdır.

Tarix
2026.04.08 / 02:03
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Ukraynanın bu şəhərinin fəxri vətəndaşı elan edildi

Azərbaycandan keçməklə Ermənistana taxıl göndərildi

Paşinyan Mustafayevin Ermənistana səfərindən danışdı

Prezident çempion olan güləşçiləri qəbul etdi - Foto

Bakıya qarşı plan ifşa oldu! “Baş naziri yola salmaq...” - Video

Azərbaycanda maaş sistemində mühüm yenilik...

XTQ-nin yaradılmasından 27 il keçir

ADNA terrorundan 17 il ötür

Ramiz Mehdiyevin 1995-ci ildəki çıxışı yayıldı - Video

Azərbaycanla Kolumbiya arasında mina müzakirəsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla