Yuxarı

"Qarabağ" - "Traktor" görüşü keçirilə bilər

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qarabağ" - "Traktor" görüşü keçirilə bilər

“Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İran çempionu "Traktor"la yoldaşlıq görüşü keçirmə variantına münasibət bildirib.

Axar.az xəbər verir ki, 53 yaşlı mütəxəssis belə bir qarşılaşmanın baş tutmasının özü üçün də xoş olacağını açıqlayıb.

Onun fikrincə, bu, qarşıdakı planlarda olan məsələdir. Lakin Qurbanov görüşün gerçəkləşməsinə maneələrin ola biləcəyini də istisna etməyib:

"Əvvəla, "Traktor"u və onun azarkeşlərini ilk çempionluq münasibətilə təbrik edirəm. Böyük uğur əldə ediblər. Yoldaşlıq görüşü barədə hər hansı fikir səsləndirə bilməyəcəyəm. Belə bir oyunun təşkilinə çox məmnun olardım. Çempionatlarımızın fərqli formatda keçməsi onlarla yoldaşlıq oyunu keçirməyimizə maneə ola bilər. Amma istənilən halda, nə vaxtsa belə bir matçın təşkilini hər iki klub rəhbərliyi yəqin ki, müzakirə edəcək. Biz də sevə-sevə oyunu keçirməyə hazırıq".

Qeyd edək ki, Təbrizin "Traktor" klubu İran Pro Liqasının sonuna 2 tur qalmış tarixində ilk dəfə çempionluğu təmin edib.

Tarix
2025.05.04 / 22:33
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Laçına görə MDB-yə təşəkkür etdi

MDB bu cür platforma kimi özünü təsdiqləyib

Azərbaycan XİN Uqandanı təbrik etdi

Prezident MDB Dövlət Başçıları Şurasının iclasında... - Foto

Paşinyan səhərini Azərbaycan mahnısı ilə açdı - Video

İlham Əliyev “Avaza” kompleksinə gəldi - Foto

Ümidvaram ki, Trampa Nobel mükafatı veriləcək

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla