Yuxarı

Cüdoçumuz ermənini darmadağın etdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın yeniyetmə cüdoçuları Finlandiyada keçirilən Avropa birinciliyinin ilk günü möhtəşəm qələbələrə imza atıblar.

Azərbaycan Cüdo Federasiyasından Axar.az-a verilən məlumata görə, idmançılarımız qitənin nüfuzlu yarışında 2 qızıl və 1 bürünc medal qazanıblar.

50 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Rövşən Əliyev Ermənistan, Rumıniya və Macarıstan cüdoçularını məğlub edərək qızıl medala sahib olub.

55 kq çəki dərəcəsində mübarizə aparan Əhməd Yusifov isə Türkiyə, Hollandiya, Serbiya, İtaliya və Belarus təmsilçilərini yarışdan kənarlaşdıraraq fəxri kürsünün ən yüksək pilləsinə çıxıb.

50 kq çəki dərəcəsində çıxış edən Raşxan Baxşəliyev isə yarımfinalda komanda yoldaşı - bu çəkidə qızıl medal qazanmış Rövşən Əliyevə uduzaraq bürünc medal uğrunda mübarizəyə qoşulub. Bürünc medal uğrunda mübarizədə israilli İdo Rab üzərində qələbəyə sevinən Baxşəliyev milli komandamıza növbəti medalı qazandırıb.

Qeyd edək ki, 41 ölkədən 421 idmançının (238 oğlan, 183 qız) mübarizə apardığı Avropa çempionatında Azərbaycan millisi 16 cüdoçu (10 oğlan, 6 qız) ilə təmsil olunur.

Tarix
2016.07.01 / 22:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla