Yuxarı

Bakıda əmtəə birjası yaradıla bilər

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda əmtəə birjası yaradıla bilər

Müəyyən mərhələdə Bakıda əmtəə birjası yaradılmalıdır.

Axar.az APA-ya istinadla xəbər verir ki, bunu "GLENMAR Group"un təşkil etdiyi II Xəzər və Mərkəzi Asiya Neft Ticarəti və Logistika Forumunda çıxış edərkən SOCAR-ın ticarət qolu olan "Socar Trading" şirkətinin açıq neft məhsulları üzrə aparıcı treyderi Anar Həbib bildirib.

"Bunun adı “Bakı birjası”, “enerji birjası” və s. ola bilər - bu artıq başqa məsələdir. Belə bir layihə Londondakı ICE birjası ilə birgə müəssisə formatında, həmçinin “JP Morgan”, “Goldman Sachs” kimi böyük beynəlxalq bankların dəstəyi ilə həyata keçirilə bilər. Əminəm ki, onlar belə təşəbbüsdə iştirak etməkdən məmnun olarlar", - Anar Həbib qeyd edib.

Onun sözlərinə görə, Xəzər regionunda treyderlər, satıcılar və alıcılar arasında uzun müddətdir müzakirə olunur ki, burada effektiv hedcinq mexanizmini necə qurmaq olar.

"Hesab edirəm ki, müəyyən mərhələdə Bakıda bir əmtəə birjasının formalaşdırılması üçün şərait yaranmalıdır", - Anar Həbib vurğulayıb.

Anar Həbib əlavə edib ki, mövcud infrastruktur yalnız müvəqqəti olaraq bu ehtiyacları qarşılaya bilər. Gələcəkdə isə yeni infrastrukturun qurulmasına ehtiyac yaranacaq. Bakıda Ələt limanı mövcuddur ki, bu da faktiki olaraq azad iqtisadi zonadır. Şimal-Qərbi Avropada Amsterdam, Rotterdam, Antverpen mərkəz (logistika, sənaye və enerji mərkəzi - red.) kimi oxşar bir model Xəzər sahillərində də yaradıla bilər.

Tarix
2026.04.23 / 15:30
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla