Yuxarı

Expressbankda rekord artım: xalis mənfəəti 72%-dən çox yüksəldi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Expressbankda rekord artım: xalis mənfəəti 72%-dən çox yüksəldi

Expressbank 2026-cı ilin ikinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb.

Bank hesabat dövründə gəlirliliyini əhəmiyyətli dərəcədə artıraraq xalis mənfəətini ötən ilin müvafiq dövrü ilə müqayisədə 72,1% yüksəldib. Belə ki, 2025-ci ilin ikinci rübündə 4,297 milyon manat təşkil edən xalis mənfəət 2026-cı ilin eyni dövründə 7,397 milyon manata çatıb.

Cari hesabat dövründə əməliyyat mənfəəti 20,8% artaraq 12,782 milyon manata çatıb. Faiz gəlirləri xalis faiz gəlirləri göstəricilərində müvafiq olaraq 15.8% və 10.6% artım əldə olunub.

Bankın aktivləri də artım trendini davam etdirib. 2026-cı ilin ikinci rübünün yekunlarına əsasən, Expressbankın cəmi aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə 38,2 milyon manat və ya 5,7% artaraq 704,969 milyon manat təşkil edib.

Kredit portfeli 18,1 milyon manat artaraq 567,815 milyon manata yüksəlib.

Hesabat dövrünün diqqətçəkən nəticələrindən biri də depozit portfelində qeydə alınan artım olub. Müştərilərin banka olan etimadının göstəricisi kimi qiymətləndirilən depozit portfeli 40,6 milyon manat və ya 13% artaraq 352,062 milyon manata yüksəlib. Xüsusən, fiziki şəxslərin Banka yerləşdirdikləri əmanətlər 19% artım göstərərək 259,747 milyon manatdan 309,038 milyon manata çatıb.

Əldə olunan maliyyə nəticələri Expressbankın dayanıqlı inkişaf tempini və bazardakı mövqeyinin gücləndiyini bir daha təsdiqləyir. Qeyd edək ki, Bank xidmət şəbəkəsinin genişləndirilməsi və rahat bank xidmətlərini daha əlçatan etmək məqsədilə, cari ayın sonunadək 2 yeni filialının qapılarını müştərilərinə açmağı planlaşdırır.

Qeyd edək ki, “Fitch” beynəlxalq reytinq agentliyi 2025-ci ildə Expressbank ASC-ni qiymətləndirərək Bankın uzunmüddətli reytinqini “B+” səviyyəsində “Sabit” proqnozla təsdiqləyib.

Lisenziya №119, 30.12.1992, AR MB. Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.

Tarix
2026.07.15 / 10:00
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Azərbaycan XİN Türkiyəni təbrik etdi

Azərbaycanlıların da olduğu vurulan gəmidən görüntülər - Video

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağı ilə işıqlandırıldı

Azərbaycanlıların olduğu gəmi vuruldu, kapitan axtarılır

Pelleqrini Füzulidən təyyarə ilə Bakıya yola düşdü

İnsan haqları - təzyiq aləti kimi və Bakının cəsarətli mövqeyi

Qalmaqallı videoçarx silindi

Azərbaycan bunun formalaşmasına töhfə verir

Taleh Yüzbəyovun “dondurma və qadın” reklamı...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla