Yuxarı

Gəncə Bəyannaməsi qəbul edildi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 23-də Gəncədə BMT-nin Mərkəzi Asiya ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Rəhbər Şurasının 11-ci sessiyasının nəticəsi olaraq Gəncə Bəyannaməsi ("Əməkdaşlıq vasitəsilə davamlı inkişaf məqsədlərinin həyata keçirilməsinin gücləndirilməsi") qəbul edilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, sənəddə əsasən, BMT-nin 2016-2030-cu illərdə Davamlı İnkişaf Məqsədlərinin milli strategiyalara uyğunlaşdırılması və milli səviyyədə koordinasiya mexanizmlərinin yaradılmasında SPECA-nın rolu, sərhəd keçidi və gömrük prosedurlarının sadələşdirilməsi, ticarətin genişləndirilməsi, enerji daşıyıcılarının maneəsiz tranzitinə dair əməkdaşlığın davam etdirilməsi məsələləri əksini tapıb.

Bəyannamə, həmçinin ticarətin asanlaşdırılması, investisiyaların təşviqi vasitəsilə açıq dənizə çıxışı olmayan ölkələrə dəstək verilməsi, habelə transsərhəd ekoloji problemlərin, iqlim dəyişikliyi və təbii fəlakətlərin təsirlərinin minimuma endirilməsi, işçi-miqrantların hüquqlarının müdafiəsi, təhsil və səhiyyə sahələrində əməkdaşlıq, UNECE və UNESCAP katiblikləri tərəfindən üzv ölkələrə Davamlı İnkişaf Məqsədlərinin əldə edilməsi üçün dəstək verilməsi və digər istiqamətləri özündə ehtiva edir.

Tarix
2016.11.24 / 00:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İranlı nazir Azərbaycana gəlir

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video

Prezident Yan Vanmini qəbul etdi

Ermənistan ordusu iyuna qədər... – Araik hansı sirləri açıb?

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla