Yuxarı

Rusiya Tiflisə dönür: Azərbaycan biznesi təhlükədə

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Tiflisə dönür: Azərbaycan biznesi təhlükədə

Rusiyanın Alfa Bankının Gürcüstan bazarına girməsi, Azərbaycan biznesinə böyük ziyan vurulması demək olacaq.

Axar.az xəbər verir ki, bunu “İnterpressnews.ge” saytına müsahibəsində gürcü ekspert Lado Papava söyləyib. Ekspertin fikrincə, Azərbaycan biznesinə Gürcüstanda zərbə vurmaq yanlış addımdır:

“Bu, Rusiyanın çox güclü banklarından biridir. Onun Gürcüstan bazarına girməsi haqqında yaxşı düşünmək lazımdır. Moskva bu bankdan özünün “liberal imperiya” layihəsinin gerçəkləşdirilməsi üçün istifadə edir. Mətbuatda informasiya yayılıb ki, Alfa Bank Gürcüstanda Qafqaz İnkişaf Bankının binasını almaq istəyir. Bu isə Azərbaycan şirkətidir. Belə çıxır ki, Rusiya biznesi Azərbaycan biznesini əvəz etməlidir. Məndə olan informasiyaya görə, Azərbaycanda artıq bununla bağlı böyük həyəcan yaşanır. Azərbaycan bizim strateji tərəfdaşımızdır. Alfa Banka Azərbaycan biznesinin güzəştə gedilməsi beynəlxalq skandala qədər gedib çıxa bilər. Əgər Azərbaycanın Qafqaz İnkişaf Bankının binasının auksionda satılması haqqında danışıqlar gedirsə, o zaman kim əvvəlcədən alıcının kim olduğunu bilir? Çox pis ssenari inkişaf edə bilər. Hesab edirəm ki, 4-5 il Beynəlxalq Valyuta Fondunun Azərbaycandakı nümayəndəsi olan Mərkəzi Bankın rəhbəri Koba Qvenetadze bu məsələyə ehtiyatla yanaşacaq. O, yəqin ki, Azərbaycanın strateji tərəfdaşımız olduğunu nəzərə alacaq”.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 27 yanvar tarixli qərarları ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə Qafqaz İnkişaf Bankının lisenziyası ləğv edilib.

Tarix
2016.12.05 / 23:43
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Almaniya Bakı-İrəvan əməkdaşlığını alqışlayır

Xələfov Pakistan XİN rəhbəri ilə görüşdü

Azərbaycan ABŞ-la 907-ci düzəlişin ləğvini müzakirə etdi

Bayramov BƏƏ-nin XİN başçısı ilə danışdı

Prezident yeni səfirləri qəbul etdi - Foto

Tehranın Bakıya qarşı ritorikası: İran yenə “başladı”?

Qarabağdan gedənlər Azərbaycanla sərhəddən də köçür

Azərbaycan İranı əmin etdi: Hava məkanımız...

Köçəryan İranı Paşinyanı devirməyə çağırdı: Kremldən təlimat

Ermənistan əvvəllər bizim deyildi... - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla