Yuxarı

Axar.Az Logo

Strateji yol xəritəsində iqtisadiyyatımızın reallıqları...

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında fərman imzalayıb.

Eyni zamanda Prezidentin 2016-cı il 16 mart tarixli 1897 nömrəli sərəncamı ilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” təsdiq edilmişdi. Həmin istiqamətlərə müvafiq olaraq inkişaf planlarının işlənilməsini təmin etmək üçün İşçi qrupu yaradılmışdı. Sərəncama əsasən, İşçi qrupu yerli və xarici ekspertlərin, təcrübəli mütəxəssislərin, məsləhətçi şirkətlərin və elmi təşkilatların iştirakı ilə, ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq şəraitində milli iqtisadiyyat və iqtisadiyyatın on bir əsas sektoru üzrə strateji yol xəritələrinin layihələrini hazırlamışdı. Strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir. Layihələr açıq müzakirəyə verilmiş və yekun sənəd tərtib edilərkən maraqlı tərəflərin, o cümlədən vətəndaş cəmiyyəti təsisatlarının və vətəndaşların çoxsaylı rəy və təklifləri nəzərə alınıb.

Konkret istiqamətlərə gəlincə, aşağıdakı strateji yol təsdiqlənib:

1.1. “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” (əlavə olunur);

1.2. “Azərbaycan Respublikasının neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafına dair Strateji Yol Xəritəsi” (əlavə olunur);

1.3. “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” (əlavə olunur);

1.4. “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi” (əlavə olunur);

1.5. “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi” (əlavə olunur);

1.6. “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” (əlavə olunur);

1.7. “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi” (əlavə olunur);

1.8. “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi” (əlavə olunur);

1.9. “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” (əlavə olunur);

1.10. “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” (əlavə olunur);

1.11. “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” (əlavə olunur);

1.12. “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi” (əlavə olunur).

2. Müəyyən edilsin ki:

2.1. bu Fərmanla təsdiq edilən strateji yol xəritələrinin həyata keçirilməsinə ümumi rəhbərliyi və nəzarəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyası həyata keçirir;

2.2. bu Fərmanla təsdiq edilən strateji yol xəritələrində nəzərdə tutulmuş fəaliyyətlərlə bağlı monitorinq, qiymətləndirmə və kommunikasiya tədbirlərini İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirir.

3. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası:

3.1. bu Fərman qüvvəyə mindikdən sonra hazırlanacaq dövlət proqramlarının, inkişaf konsepsiyalarının, strategiyaların, tədbirlər planlarının layihələrinin bu Fərmanla təsdiq edilən strateji yol xəritələrinə uyğunluğunu təmin edəcək tədbirlər görsün;

3.2. bu Fərmanla təsdiq edilən strateji yol xəritələrinin icra mexanizmləri ilə bağlı təkliflərini on beş gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət adından yaradılan publik hüquqi şəxslər və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər:

5.1. iqtisadi sahədə fəaliyyət istiqamətlərinə dair strateji planların, dövlət proqramlarının, inkişaf konsepsiyalarının, strategiyaların, tədbirlər planlarının layihələrinin hazırlanması zamanı bu Fərmanla təsdiq edilən strateji yol xəritələrinin müddəalarını rəhbər tutsunlar

Prezidentin fərmanını Publika.az-a şərh edən iqtisadçı-ekspert Vüqar Bayramov strateji yol xəritələrinin hazırlanmasına cəlb edilən mütəxəssislərin sırasında yer aldığını bildirdi: “Bu proqramın əvvəlkilərdən əsas fərqi ondan ibarətdir ki, ayrı-ayrı fəaliyyətlər üzrə müddətlər qeyd edilib. Eləcə də onların reallaşdırılması yönündə konkret indiqatorlar müəyyənləşdirilib. Bu da hər bir fəaliyyətin nəticələrini qiymətləndirməyə imkan verəcək”.

Ekspert deyir ki, 3 dövrdə fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur: “Yaxın dövrdə - 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyası və tədbirlər planı həyata keçiriləcək. Hansı ki artıq onun icrasına başlanılıb. Növbəti tədbirlər planı 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə birləşdirir. Azərbaycan ölkə iqtisadiyyatının 2025-ci ilə qədər və sonrakı illər üçün "yol xəritəsi"nin işlənməsi üçün “Mckinsey & Company” beynəlxalq konsaltinq şirkətini cəlb edib. Onu da bildirim ki, 2016-2020-ci illərdə həyata keçirilən islahatlar 2025-ci ildəki tədbirlər üçün baza rolunu oynayacaq. Yeni strateji yol xəritələri biznes mühitinin yaxşılaşdırılması, rəqabət mühitinin təmin edilməsini, əhalinin mənzil təminatının yaxşılaşdırılması, ağır maşınqayırma, neft-qaz sənayesinin, turizmin inkişafı və sair məsələləri nəzərə tutur”.

V.Bayramovun sözlərinə görə, strateji yol xəritəsi Azərbaycan iqtisadiyyatının reallıqları nəzərə alınaraq hazırlanmış bir sənəddir: “Sözsüz ki, onun icrasının çox yüksək səviyyədə təşkil edilməsi çox vacibdir. Bu proqramın ölkə iqtisadiyyatına təsirləri onun icrasından asılı olacaq. Eyni zamanda, bu tədbirlər planı strateji baxımdan Azərbaycan iqtisadiyyatı üçün vacibdir. Ümumiyyətlə, islahatlara aparan yol strateji olur”.

Ekspert hesab edir ki, həyata keçirilən islahatların real nəticələrini görmək üçün təxminən 3 il gözləmək lazımdır.

Tarix
2016.12.07 / 21:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Səfirimiz ABŞ-da korrupsiya ilə bağlı dəlillər təqdim etdi

Bakı ilə əməkdaşlığa xitam vermək... - ABŞ

Əliyevin bu müraciəti BMT-nin rəsmi sənədi kimi yayıldı

Bayramov Abdullahianla nələri müzakirə etdi?

Huk Tiflisdə, Armen ABŞ-da; Obrayen isə Bakıya gəlir

Borrellin fikirləri qəbuledilməzdir - XİN

Türkiyə İsveçin üzvlüyünə mane olmayacaq - Obrayen

Azərbaycan və İran admiralları Bakıda görüşdü - Foto

Ərdoğanın müavini PA-da - Görüş keçirildi

KTMT-dən Cənubi Qafqazla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla