Yuxarı

Bakı-Astara marşrutunda qiymət qalxdı - Qarşıdurma

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər saatlarında Bakı-Astara marşrut xətti üzrə hərəkət edən "90 AM 446" dövlət nömrə nişanlı avtobusda qiymət qalxıb.

Nəticədə sərnişinlərlə sürücülər arasında qarşıdurma yaranıb.

Bu barədə "Qaynar.info"ya sərnişinlər məlumat veriblər. Onların sözlərinə görə səhər saat 10-00 radələrində sürücülər Salyan rayonu ərazisində avtobusu saxlayaraq sərnişinlərdən gedişhaqlarını ödəməyi tələb ediblər və qiymət 5 manatdan 7 manata qaldırıb. Bu da sərnişinlərin narazılığına səbəb olub. Süni qiymət artımına etiraz edən sərnişinlərlə sürücülər arasında qarşıdurma olub. Amma buna baxmayaraq sərnişinlərdən 7 manat gedişhaqqı alıblar.

Avtobus sürücüləri Samir və Elçin adlı hər iki şəxs bildiriblər ki, avtobus onların şəxsi mülkiyyətindədir və istənilən halda qiyməti qaldıra bilərlər. Onlar həmçinin bunu Nəqliyyat Departementinin hər ay onlardan qeyri-qanuni haqq alması ilə əlaqələndiriblər.

Sərnişinlər bildirilər ki, bu avtobus Bakı Beynəlxalq Avtovağzalından deyil, hər gün saat 06-30-da Hövsan qəsəbəsindən marşrut xəttinə çıxır. Bir müddət öncə onlrın faəliyyəti qadağan olunsa da, sonradan yenidən xəttə çıxmalarına icazə verilib. Ölkədə benzinin qiyməti qalxanda qiyməti 5 manatdan 6 manata qaldırıblar. Bu gün isə yenidən qiyməti süni şəkildə qaldırıblar.

Qeyd edək ki, Hövsan-Astara xətti üzrə iki sərnişin avtobusu fəaliyyət göstərir.

Problemlə bağlı sürücülər açıqlama vermək istəmədilər.

Tarix
2014.04.04 / 12:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

NATO tankları Moskvanın mərkəzində - Foto

Türkiyə bu ölkə ilə ticarəti kəsdi: milyardlardan imtina etdi

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla