Yuxarı

SOCAR Ermənistanın "şah damarını" ala bilər

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əgər hansısa təşkilatlar Ermənistanla Gürcüstanı birləşdirən magistral qaz kəmərini almaq istəyirsə, biz buna etiraz etmirik.

APA xəbər verir ki, bunu Ermənistanın baş naziri Karen Karapetyan bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, magistral kəmərin bir hissəsinin satılması Ermənistanın enerji təhlükəsizliyinə heç cür təsir etməyəcək: "Biz öz təhlükəsizliyimiz üzərində işləməliyikmi? Əlbəttə. Lakin hazırda heç bir təhlükə yoxdur. Hətta SOCAR səhmlərin 25%-ni almaq istəsə belə, heç bir təhlükə yoxdur. Bildiyimiz kimi, söhbət nəzarət paketindən getmir. O ki qaldı kəmərdə baş verə biləcək qəzalara, bu, hər zaman baş verə bilər. Buna baxmayaraq, sizin evlərinizdə qaz olacaq. Narahat olmayın. Hər şey yaxşı olacaq. Fövqəladə halları nəzərə alaraq biz alternativ variantlar üzərində işləyirik və İran və Türkmənistanla danışıqlar aparırıq".

Qeyd edək ki, bir müddət öncə yayılan xəbərlərə əsasən, SOCAR Gürcüstanın Neft-Qaz Korporasiyasının səhmlərinin 25%-ni almaq niyyətindədir. Korporasiya Rusiyadan Ermənistana gedən magistral qaz kəmərinin sahibidir.

Tarix
2017.01.13 / 18:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla