Yuxarı

Transxəzər marşrutu üzrə ilk iclas keçirildi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 17-də Batumidə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə işçi qrupunun cari ildə ilk iclası keçirilib.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, iclasda Çin-Avropa istiqamətində Xəzər üzərindən keçməklə transxəzər dəhlizi üzrə tariflər bir daha nəzərdən keçirilib, marşrutun digər alternativ xətlərlə müqayisəli təhlili aparılıb.

Toplantıda dəhlizin rəqabət qabiliyyətinin daha da artırılması, yarana biləcək çətinliklərin aradan qaldırılması məsələləri də diqqət mərkəzində olub. İşçi qrupunun üzvləri Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsindən sonra yüklərin Xəzər üzərindən keçməklə Avropaya, Ukraynada mövcud geosiyasi vəziyyətlə bağlı isə yüklərin Orta Asiya və Çinə çatdırılması imkanları barədə ətraflı fikir mübadiləsi aparıblar.

Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Ukrayna və Polşanın əlaqədar qurumlarının qatıldığı toplantıda ölkəmizi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”, “Azərbaycan Dəmir Yolları” və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-lərin nümayəndələri təmsil ediblər.

Sonda iclasın yekunlarına dair protokol imzalanıb.

Yanvarın 18-də isə “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının təsisçilərinin iclası keçiriləcək. İclasda Assosiasiyanın 2017-ci il üçün iş planı təsdiq olunacaq.

Xatırladaq ki, 2016-cı ilin oktyabrında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna hüquqi status verilərək Beynəlxalq Assosiasiya formatına gətirilib.

Tarix
2017.01.17 / 22:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan Putinə yardım edir - Avropa mediası

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə

Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq

Sülhməramlılar Laçından Ermənistana keçdi - Video

İranlı nazir Azərbaycana gəlir

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video

Prezident Yan Vanmini qəbul etdi

Ermənistan ordusu iyuna qədər... - Araik hansı sirləri açıb?

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla