Yuxarı

Rüfət Aslanlı Qorçi ilə bank sektorunu müzakirə etdi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rüfət Aslanlı Qorçi ilə bank sektorunu müzakirə etdi

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının sədri Rüfət Aslanlı Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Palatadan Axar.az-a verilən məlumata görə, görüş zamanı təşkilatlar arasında mövcud əməkdaşlığın uğurla davam etdiyini qeyd edən Rüfət Aslanlı maliyyə sektorunun dayanıqlığının artırılması istiqamətində BVF-nin Palataya verdiyi dəstəyi və tövsiyələri yüksək dəyərləndirdiyini bildirib.

Görüşdə Palata tərəfindən bank və sığorta sektorlarının maliyyə dayanıqlığının gücləndirilməsi istiqamətində görülmüş tədbirlərə dair müzakirələr olub. Belə ki, bank sektorunun sağlamlaşdırılmasının Palatanın fəaliyyətinin əsas prioritetlərindən olduğunu vurğulayan R.Aslanlı aparılmış restrukturizasiya tədbirləri nəticəsində bank sektorunda stabilləşmə meyllərinin müşahidə olunduğu barədə BVF-yə məlumat verib.

Həmçinin, sığorta sektorunda əsas risklərin müəyyən edilməsi və onların aradan qaldırılması istiqamətində hazırlanmış tədbirlər planının mərhələli şəkildə icra edildiyi deyilib.

Məhəmməd əl-Qorçi Beynəlxalq Valyuta Fondunun ölkənin bank və sığorta sahəsində həyata keçirilən tədbirləri dəstəklədiyini və bu addımların maliyyə sektoruna mühüm töhfələr verəcəyinə əminliyini bildirib.

Tarix
2017.03.01 / 11:56
Müəllif
Axar.az
Digər xəbərlər

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla